23 
Fev
2021
10:30
75
23
3878
Virtual karabakh

Özü park edə bilən “Geely Coolray” - FOTO/VİDEO

23 Fev, 2021
10:30
3878

Özü park edə bilən “Geely Coolray” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mühərriki mənzilinizdən işə salıb və yalnız salon isindikdən və ya sərinləşdikdən sonra düşüb avtomobilə əyləşmək, darısqal həyətdən dairəvi videonəzarət sisteminin köməyi ilə problemsiz çıxmaq, yolda baş verənləri ön kamera vasitəsilə avtomobilin yaddaşına həkk etmək, ünvan başına çatdıqda isə bir düyməyə basmaqla əllərinizi sükandan çəkmək - Çünki avtomobil özü uyğun yer tapıb parklanacaq. Bu, fantastik filmin süjeti deyil, “Geely Coolray” avtomobilinin sahibinin gündəlik həyat tərzidir.

“Geely Coolray”in təchizat siyahısı yuxarıda qeyd olunanlarla bitmir. Maraqlı opsiyalardan tam LED faraları, təkərlərdəki təzyiqə nəzarət sistemini, smartfonların qoşula biləcəyi 10,25 düymlük monitora malik multimedianı,  şüşətəmizləyənlərin dayanma zonasının və ön şüşəyə su vuran forsunkaların isidilməsini, çoxsaylı aktiv və passiv təhlükəsizlik sistemlərini qeyd etmək mümkündür. Təklif olunan avtomobillərinin təchizatı ilə bu linkdən tanış ola bilərsiniz:

https://geely.az/car/coolray-3/

“Geely Coolray” “Volvo” texnologiyaları üzərində qurulmuş 177 at gücünə malik 1,5 litrlik qənaətcil mühərriklə təchiz olunur. Bu güc aqreqatının sayəsində “Coolray” 190 km/s maksimal sürət yığa bilir. 100 km/s sürət isə avtomobilə cəmi 7,9 saniyədən sonra “təslim olur”.

Fantastik filmləri reallığa çevirən “Geely Coolray” avtomobilinin qiyməti 34200 manatdan başlayır. Tam təchiz olunmuş versiya isə 38200 manata təklif olunur. Avtomobilləri nağd və ya 9380 manatdan başlayan ilkin ödənişlə 36 aylıq lizinq vasitəsilə əldə etmək mümkündür. “Geely Coolray” modeli ilə yaxından tanış olmaq üçün sizi Babək prospekti 35A ünvanında yerləşən “Geely Azərbaycan” satış və servis mərkəzinə dəvət edirik. Ətraflı məlumat üçün: (050) 838 58 58, (055) 555 77 88, (055) 213 77 88 / www.geely.az

“Geely” şirkəti barədə

“Geely” – Çinin iri avtoistehsalçısı olan, 1986-cı ildə yaradılmış “Geely Holding Group” qlobal şirkətin brendidir. Hal-hazırda “Geely Holding Group” konserni istehsalı inkişaf etməyə, avtomobillərinin model sırasını genişləndirməyə və məhsulunun keyfiyyətini təkmilləşdirməyə davam edir. Qeyd olunanlar həmçinin qərb şirkətlərinin satın alınması, texnologiya və innovasiyalar sahəsində xarici müəssisələrlə əməkdaşlıq etməklə həyata keçirilir. Bu kimi əməkdaşlıqların bariz nümunəsi kimi alman avtoistehsalçısı “Daimler AG” ilə premium elektromobil və hibridlərin yaradılması və 2010-cu ildən “Geely Holding Group”un tərkibinə daxil olmuş “Volvo Car Group” şirkəti ilə birgə daxili yanma mühərriklərinin layihələndirilməsini göstərmək mümkündür.

“Geely Holding Group”un önəmli satın almalarından 2017-ci ildə ABŞ-in uçan avtomobillərin yaradıcısı “Terrafugia Inc”, Britaniyanın “Lotus Cars Ltd” şirkətinin səhmlərinin nəzarət paketinin və Malayziya şirkəti “Proton Holdings Berhad”ın 49,9% səhmlərinin əldə olunmasını qeyd etmək olar. Bundan savayı, 2016-cı ildə “Geely Holding Group” və “Volvo Car Group” gənc auditoriya üçün nəzərdə tutulmuş “Lync&Co” birgə müəssisəsini təsis ediblər. 2019-cu il isə “Geely Holding Group” üçün yeni, premium sinif elektromobillər brendinin Sinqapurda baş tutmuş təqdimatı ilə əlamətdar olub.

Şirkətin sürətli inkişafının məqsədi onun sanballı istehsal imkanlarının olmasıdır. “Geely Auto Group”a Çin ərazisində və onun xaricində 15 avtomobil zavodu və transmissiya və mühərrik istehsalı üzrə 8 zavod məxsusdur. Bundan savayı, şirkət Çin, İsveç, İngiltərə və Almaniyada elmi-tədqiqat mərkəzləri, Şanxay, Götebörq, Barselona, Kaliforniya və Koventridə isə dizayn mərkəzlərinə malikdir.

“Geely Automobile Holdings” qısa müddətdə dünyanın ən böyük 500 şirkəti sıralamasında 473-cü yerdən 220-ci yerə qalxmağa müvəffəq olub. Şirkət Çin bazarında 3 il ərzində ən çox satılan Çin brendi adını qoruyub saxlaya bilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri