13 
Mar
2021
10:20
76
20
8502
Virtual karabakh

“Samsung Electronics”: TV texnologiyalarının istehsalında innovasiya və yenilik üzrə 15 il liderlik - FOTO

13 Mar, 2021
10:20
8502

“Samsung Electronics”: TV texnologiyalarının istehsalında innovasiya və yenilik üzrə 15 il liderlik - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Omdia araşdırma şirkətinin dərc etdiyi icmala əsasən (https://www.avforums.com/news/samsung-ranked-no-1-tv-brand-for-15th-year-running.18490) “Samsung Electronics” 15-ci ildir ki, qlobal televiziya bazarına liderlik edir. Belə ki, yayımlanan məlumata əsasən, “Samsung Electronic”in 2020-ci ilin dördüncü rübünün nəticələrinə görə qlobal telekommunikasiya bazarının gəlirinin 31,8 % şirkətin payına düşür. Bundan əlavə ikinci Cənubi Koreyalı şirkəti və “Samsung”un birbaşa rəqibi olan “LG”nin payına - 16,5 %, “Sony”nin isə 9,1 % düşür. Başqa sözlə desək, Cənubi Koreya televizor istehsalçıları keçən il ümumi televiziya bazarının təxminən 50 % təşkil ediblər.

Qlobal telekommunikasiya və innovasiya bazarında ardıcıl olaraq 15 il liderliyi qoruyan “Samsung”, sıravi istifadəçinin həyat tərzini tam olaraq dəyişdirib. Belə ki, ağ-qara televizordan tutmuş, müasir Smart TV-yə qədər “Samsung Electronics” telekommunikasiya inkişafının bütün əsas tarixi mərhələlərində iştirak edib. İnnovasiya texnologiyalarını tətbiq edən, istehsalçı, istehlakçıların ehtiyac və istəklərini dinləyərək, hər zaman bir addım irəlidə olub, qlobal bazar tendensiyalarını müəyyənləşdirir.

“Samsung” ilk telekommunikasiya cihazını – 55 proyeksiya televizorunu, 1998-ci ildə istehsal edib. Həmin il şirkət analoq tipli telekommunikasiyalardan rəqəmsal tipliyə qlobal keçidə verdiyi töhfə sayəsində birincilik adını qazanıb.

2000-ci illərin əvvəllərində, “Samsung” LCD TV-lərin qızıl dövrünün başlanğıcını elan edərək, öz istehsalı olan LCD televizoru dünya ictimaiyyətinə təqdim etdi.

Kəşf olunmamış cığırlarla irəliləyən “Samsung” mühəndisləri mövcud olan ağır və həcmli televizorların əvəzinə, yüngül və estetik cəhətdən daha incə bir televizor yaratmaq istəyini irəli sürdülər. Nəticə də, buraxılışının ilk altı ayı ərzində bir milyondan artıq satışa sahib olan “Bordeaux” TV işıq üzü gördü. “Bordeaux” televizorunun hər iki tərəfindən alt hissəsinə köçürülən səs ucaldıcıları, yuvarlaq formaları və cəlb edici, tünd çəhrayı rəngləri ilə zərifliyin təcəssümünə çevrilmişdir. 2006-cı il təkcə “Bordeaux” TV-nin bazara çıxarılması ilə deyil, həm də “Samsung”un ilk dəfə qlobal telekommunikasiya bazarında liderlik əldə etməsi ilə də yadda qalıb.

Əldə olunanlarla kifayətlənməyən “Samsung”, daha ideal görüntü ötürülməsini real edərək, CES 2009-da “Samsung” LED televizorlarını təqdim etdi. Belə ki, şirkətin yeni televizorlarında işıq yayan diodlardan (LED) istifadə edilib. “Samsung”, onlardan cərəyan keçdiyində işıq yayan yarımkeçiricilərdən istifadə edərək ötürülən görüntünün daha dəqiq icazəli etməyə müvəffəq olub.

Modern TV-nin, gözəl görüntü ötürməsindən əlavə həmdə İnternet qoşulmasına ehtiyacı olduğuna qərar verərək, 2011-ci ildə, “Samsung” cihazlarında yeni Smart TV funksiyası olan “Samsung” Smart Hub-ı təqdim etdi. Məhz bu ad altında ekranda fərqli tətbiqlər və yeni funksiyalar ifadə edilirdi. Həmçinin yeni məhsul xətti, internetlə işləmək üçün brauzerlə də təchiz olunub.

Beləliklə, internet şəbəkəsinə giriş imkanı əldə edən istifadəçinin, yeni istəyi, mövcud məzmunun seyrindən maksimum zövq almaq oldu. Bu ideyanı əsas tutaraq, “Samsung”, “ev teatrını” ekranda baş verənlərin ab-havasına daldırma baxımından əsl kino zalına yaxınlaşdırmaq məqsədi ilə, innovativ “qövsvarı” ekran texnologiyasını tətbiq etdi. Belə ki, indi Curved TV ilə sevdiyiniz filmi istənilən bucaqdan “kör nöqtələr” olmadan izləmək imkanı əldə olunub.

Televizor istehsalının inkişaf tarixi boyunca “Samsung” həmişə məhsullarının dizaynına xüsusi diqqət yetirib. Hər yeni məhsulda müştərilərin incə ehtiyaclarını ödəmək və zövqünü oxşamaq üçün detallara və zahiri görünüşə diqqət izlənir. 2015-ci ildə bu istiqamətdə yeni bir yön açaraq, şirkət ilk dizayner televizorunu – “Serif”i yaratdı. Dizaynerlər Ronan və Ervan Bouroullec tərəfindən hazırlanan “The Serif”, elektronika cihazından daha çox interyer əşyasına bənzəyir və qeyri-adi forması ilə digər televizorlardan seçilirdi.

Əlavə olaraq, mükəmməl görüntü üzərində işləyən “Samsung”, 2017-ci ildə 100% rəng həcmli QLED TV-ni ərsəyə gətirərək, telekommunikasiya sənayesinin simasını tam olaraq dəyişdi. Belə ki, kvant nöqtəli texnologiya (QLED) üzərindən işləyən yeni nəsil televizorlar, işığın ifadə olunmasını yaxşılaşdıraraq, ötürülən rəng diapazonunu genişləndirib. Həmin ildə, dizayner televizorlarının hazırlanmasına davam edən şirkət, “The Frame” TV-ni təqdim etdi. Qeyd edilən bu televizorun əsas xüsusiyyəti klassik rəsm əsərinin dizaynına malik olmasıdır. Belə ki, ekranı ağaca bənzər material ilə haşiyəyə alınan cihaz, sönülü vəziyyətdə fərqli janrlarda təqdim edilən - mənzərə, memarlıq, təbiətdə və sair kimi, yüzlərlə rəqəmsal hala gətirilmiş rəsmdən ibarət slayd şou nümayiş etdirirdi. “The Frame”in ardınca, 2019-cu ildə istehsalçı, dizayner televizorların siyahısına “The Sero”nu da daxil edib. Sözü gedən televizor qeyri adi dizayna malik olub, elektrik sürücüsünün köməyi ilə istiqamətini şaquli vəziyyətdən üfüqi vəziyyətə və əksinə dəyişə bilən dönən ekranla təchiz edilib. Fırlanma hərəkəti, həm də istifadəçinin əmri ilə və bəzi hallarda avtomatik olaraq həyata keçirilə bilərdi.

Bu il, CES 2021 tədbirindən əvvəl baş tutmuş “First Look” mərasimində isə “Samsung”, tamamilə yeni displey texnologiyası olan Neo QLED 2021-i təqdim edib. Beləliklə, “Samsung” bazarda özünəməxsus mövqeyi möhkəmləndirməklə yanaşı, qlobal televiziya sektoruna liderlik etməyə davam edib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri