18 
Mar
2021
10:00
97
20
11134
Virtual karabakh

Sosial təcrid öyrənmə üçün əngəl deyil - FOTO

18 Mar, 2021
10:00
11134

Sosial təcrid öyrənmə üçün əngəl deyil - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azercell” jurnalistlər üçün onlayn formatda davam etdirdiyi ingilis dili kurslarının qaliblərini mükafatlandırıb.

Fəaliyyət illəri ərzində KİV nümayəndələrinin inkişafına, onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına, həmçinin, rəqəmsal ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə çoxsaylı layihələr həyata keçirən ölkənin lider mobil operatoru “Azercell Telekom”un jurnalistlər üçün təşkil etdiyi ingilis dili kurslarının növbəti raundu sona çatdı. “Language Solutions” tədris mərkəzinin peşəkar müəllimləri tərəfindən ötən ilin əvvəlində ənənəvi formatda başlayan kurslar COVİD-19 pandemiyasının səbəb olduğu karantin dövründə müvəffəqiyyətlə onlayn formatda davam etdirildi. 

Çap və elektron nəşrlər, eləcə də tele-radio kimi kütləvi informasiya vasitələrində çalışan aktiv peşəkarlar üçün nəzərdə tutulmuş kurslar zamanı mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə və yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılıb. 

Həmçinin onlayn formatda keçirilən mükafatlandırma mərasimində kurslarda ən çox fəallıq göstərmiş üç jurnalistə şirkət tərəfindən öncədən göndərilmiş rəqəmsal hədiyyələr təqdim olunub. “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev media nümayəndələrini təbrik edərək operativ məlumatların hazırlanmasında müxtəlif dillərdə olan resurslardan istifadənin və beynəlxalq səviyyədə KİV arasında mübadilənin vacibliyini vurğulayıb.   

Qeyd edək ki, “Azercell” 11 ildən artıq bir müddət ərzində jurnalistlər üçün dil kursları təşkil edir.

İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Bundan əlavə, media sahəsində baş verən yenilik və trendlərlə yerli jurnalistləri tanış etmək, fərqli təcrübələrlə bölüşmək, beynəlxalq jurnalistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən mütəmadi olaraq xaricdən dəvət olunmuş tanınmış təlimçilərin maraqlı mövzularda seminar və təlimləri təşkil olunur. “Azercell” ölkədə media nümayəndələri üçün artıq 7 000-dən çox jurnalistin istifadə etdiyi “Mediacell” tarifini hazırlayıb. Mobil operator Vətən müharibəsi zamanı cəbhə xəttinə ezam olunmuş söz meydanının sarsılmaz döyüşçülərini 100 azn həcmində danışıq və mobil internet balansı ilə də təmin etdi. “Azercell”in ölkə mətbuatının inkişafına və dəstəklənməsinə yönəlik layihələri gələcəkdə də davam edəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri