28 
Apr
2021
15:00
28
83
9220
Virtual karabakh

“Azercell Biznes” yenilənmiş “Biznesim” tarif planlarını və “Biznesim Klubu” loyallıq proqramını təqdim edir!

28 Apr, 2021
15:00
9220

“Azercell Biznes” yenilənmiş “Biznesim” tarif planlarını və “Biznesim Klubu” loyallıq proqramını təqdim edir!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lider mobil operator korporativ müştərilərinə yüksəksürətli mobil internet və limitsiz şirkətdaxili zənglər ilə yanaşı, rabitə xərclərinə xüsusi endirimlər və hədiyyə smartfonlardan yararlanmaq imkanı verir.

Ölkədə biznes ekosisteminin inkişafına dəstək olmaq məqsədi ilə “Azercell Biznes” abunəçilərinə və yeni müştərilərinə yenilənmiş “Biznesim” tarif paketlərini təklif edir. Əlçatan və sərbəst ünsiyyət üçün sərhədsiz imkanlar açan “Biznesim” tarifləri indi daha da müştəri yönümlüdür. Hər bir abunəçinin rabitə ehtiyaclarını qarşılamağı hədəfləyən bu tariflər ölkədəxili dəqiqələrdən, limitsiz korporativ zənglərdən və 4G yüksəksürətli mobil internetdən yararlanmaq üçün ən sərfəli şərtlər yaradır.

Biznesim tarif paketləri ilə yanaşı, “Azercell Biznes” öz korporativ müştərilərini yeni istifadəyə verilmiş “Biznesim Klubu”na dəvət edir. “Biznesim Klubu”nun üzvləri “Biznesim Loyallıq” proqramı ilə yanaşı, bir sıra digər üstünlüklərdən yararlana bilərlər. Belə ki, bu proqram çərçivəsində müştərilər rabitə xərclərinə endirimlər, hədiyyə telefonlar, “Azercell” Akademiyasında unikal təlimlər, korporativ tədbirlərə dəvət və digər eksklüziv təkliflər əldə edəcək.

 “Azercell Telekom” MMC-nin Korporativ Seqment Biznes strukturunun B2B Məhsul Strategiyası və İdarə Edilməsi şöbəsinin rəhbəri  Nicat Əliyev bildirdi: “Ötən il ərzində bizim əsas missiyamız ən qabaqcıl və innovativ həllərimiz ilə müştərilərimizin rəqəmsal transformasiyasına dəstək olmaq idi. Pandemiya dövründə biznes seqmentinin rəqəmsal texnologiyalara uğurlu keçidini təmin etmək məqsədi ilə biz “Biznesim Veb” həllini, eləcə də sürətli internetdən faydalanmaq imkanı verən “GigaMax” limitsiz internet paketlərini yerli bazara gətirdik. Öz növbəsində, yenilənmiş “Biznesim” tarif planları abunəçilərimizi rahat, etibarlı, əlavə xərclər yaratmayan və təhlükəsiz kommunikasiya xidmətləri ilə təmin edir. Bu tarif planları sayəsində müştərilərimiz gündəlik kommunikasiya və rabitə ehtiyaclarının idarə olunmasına əlavə vaxt və resurslar sərf etməyəcək.

Bu üstünlükdən faydalanaraq abunəçilərimiz bizneslərinin inkişafına daha çox diqqət ayırıb müştərilərinə yüksək xidmət göstərməyə davam edə biləcəklər. Mən inanıram ki, yeni “Biznesim” tarif planlarımız çərçivəsində müştərilərimiz ölkənin istənilən yerində effektiv və rahat fəaliyyət üstünlüyündən yararlanacaqlar”.

“Biznesim” tarif paketləri və “Biznesim Klubu” barədə əlavə məlumatı:

https://www.azercell.com/az/corporate.html səhifəsində əldə edə bilərsiniz.

Əlavə  məlumat üçün “Azercell”in korporativ müştəriləri üçün nəzərdə tutulan Telefon Mərkəzi (*6050) ilə əlaqə saxlaya bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri