25 
May
2021
15:41
144
21
5246
Virtual karabakh

“Silk Way West Airlines” hava yükdaşımalarında uçuş təhlükəsizliyində növbəti IATA sertifikatına layiq görüldü

25 May, 2021
15:41
5246

“Silk Way West Airlines” hava yükdaşımalarında uçuş təhlükəsizliyində növbəti IATA sertifikatına layiq görüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Silk Way West Airlines” hava yükdaşımalarında uçuş təhlükəsizliyi üzrə növbəti IATA sertifikatına layiq görülüb

COVID-19 koronavirus pandemiyası şəraitində qlobal miqyasda hava yolu ilə yükdaşımaların həcminin artmasına baxmayaraq, “Silk Way West Airlines” şirkəti beynəlxalq səviyyədə qəbul edilmiş uçuş təhlükəsizlik standartlarına tam cavab verərək bu müddət ərzində yüksək göstəricilərə nail olub. 2015-ci ildən etibarən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvü olan “Silk Way West Airlines” bu qurumun audit prosedurunu uğurla keçərək növbəti dəfə IATA Əməliyyat Təhlükəsizliyi Auditi (IOSA) standartına uyğunluğunu təsdiq edib. İlk dəfə olaraq onlayn formatda aparılmış təftişin nəticələrinə əsasən, “Silk Way West Airlines” artıq dördüncü dəfədir ki, hava yolu ilə yükdaşımalarda qəbul edilmiş beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən aviaşirkət olduğunu sübut edib.

IOSA audit proqramı bir neçə istiqamət üzrə yüzlərlə zəruri standart və tövsiyə prosedurunu özündə ehtiva edir. Bura yer, yük və uçuş əməliyyatları, habelə aviapark xidmətləri və hava yolu nəqliyyatının təhlükəsizliyi məsələləri daxildir.

“Beynəlxalq təhlükəsizlik standartlarının təminatı və müştərilərimizin maraqlarının qarşılanması bizim üçün əsas prioritetlərdir. Ən yüksək əməliyyat təhlükəsizliyi standartlarına riayət edən “Silk Way West Airlines” növbəti IOSA sertifikatı ilə bir daha müştərilərinin etimadını doğruldub”, - deyə “Silk Way West Airlines” şirkətinin prezidenti Volfqanq Mayer qeyd edib.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Xəzər dənizi bölgəsinin ən böyük hava yolu yükdaşıma şirkətidir. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli “Silk Way West Airlines” 12 müasir “Boeing 747-8F” və “747-400F” yük təyyarəsindən ibarət donanması ilə Avropa, Asiya və Amerika qitəsinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 28 aprel 2021-ci il tarixində “Boeing” aviakonserni ilə beş ən müasir ‘777F” yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 420 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dən artıq istiqaməti əhatə edir.

“Silk Way West Airlines” şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.

 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri