17 
İyn
2021
10:40
36
80
6588
Virtual karabakh

Qızmar yayı “realme” smartfonları ilə keçir - FOTO

17 İyn, 2021
10:40
6588

Qızmar yayı “realme” smartfonları ilə keçir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“realme” - ən sürətli inkişaf edən smartfon brendi.

“realme” – “Oppo”, “Vivo” və “One Plus” brendlərinin də aid olduğu BBK şirkətlər qrupunun hissəsi olan smartfon istehsalçısıdır. 2018-ci ilin may ayında təsis olunan “realme” brendi, böyük müvəffəqiyyətlə dünya bazarına çıxarıldı və ilk 3 il ərzində 70 milyondan çox istifadəçi qazandı.

 “Counterpoint Research” versiyasına görə “realme” dünya üzrə ən məşhur smartfon brendləri sırasında yer alıb və ən sürətli inkişaf edən brendə dönüb.

Hal-hazırda “realme” brendi Çin, İspaniya, İtaliya, Fransa, İngiltərə, Hindistan, Rusiya və Ukrayna daxil olmaqla 27 ölkənin bazarında təqdim olunur.

Brendin istehsal etdiyi smartfonların əsas üstünlüyü yüksək məhsuldarlığın, dəbli dizaynın və mükəmməl yığılma keyfiyyətinin sərfəli qiymətlərlə təqdim olunmasıdır. Brendin missiyası – daha çox istifadəçinin texnologiyaların bəxş etdiyi gözəlliklərlə birlikdə həyatdan həzz alması üçün imkan yaratmaqdır.

Dünya miqyasında qlobal uğurlara imza atan “realme” azərbaycanlı istifadəçilərinə hitə çevrilmiş 2 yeni smartfonunu təqdim edir: “realme 7 5G” və “realme C11”.

“realme 7 5G” “MediaTek Dimensity 800U” universal 5G prosessor, 120 Hz tezlikli displey, “Dart 30Vt” şarj cihazı və 5000 mAh həcmli batareya sayəsində 5G universal cihazı olan smartfon, mükəmməl məhsuldarlıq imkanına malikdir. 

Smartfonun praktiki olaraq fasiləsiz iş rejimi 30 Vt güclü sürətli şarjı dəstəkləyən 5000 mAh həcmli batareya sayəsində mümkün olur. Yüksək yenilənmə tezliyi hamar vizual görünüş və oyunlar üçün daha rahat istifadə imkanı yaradır. 6,5 düym ölçülü display ekranın korpusa 90,5 % yüksək dərəcəli nisbətini təmin edir, bu isə smartfonu analoqları ilə müqayisədə oyunlar üçün mükəmməl seçimə çevirir.

16 meqapiksellik frontal selfi-kamera “Instagram” istifadəsi üçün əla seçimdir. Kamera boke effektini və intelektual gözəllik rejimini dəstəkləyir. “realme 7 5G” yeni 48 meqapiksellik əsas kameradan, olduqca geniş bucaqlı 8 meqapiksellik 119° makro-obyektivdən və ağ-qara portret çəkilişi obyektivindən ibarət olan son dərəcə dəqiq flaqman quadro-kamera parametrləri ilə təchiz olunub.

Dəbə uyğun olan 2 rəngli dizaynlı “Flash Silver” və “Mist Blue” rəng seçimi, yanda yerləşən barmaq izi skaneri daxilində həm güc düyməsini həm də barmaq izi skanerini birləşdirən düymə rahat istifadə üçün imkan yaradır.

“realme 7 5G” iki növ yaddaşa malikdir: 6 GB + 128 GB və 8 GB + 128 GB, eləcə də tərkibində iki SİM-kart yeri və bir SD kart yeri (256GB-dək) olan slotla təchiz olunub.

“realme C11” isə öz növbəsində rəngarəng və kreativ dizayn və yüksək texniki xüsusiyyətlərlə sərfəli qiyməti birləşdirən smartfon növüdür.

С11 əsas xüsusiyyəti – uzunmüddətli avtonom iş imkanıdır. 5000 mAh yüksək həcmli batareya sayəsində smartfon redmi 9a ilə müqayisədə 10 saat çox olan 40 günlük gözləmə rejiminə malikdir.

Oyunsevərləri və ağır həcmli tətbiqlərin istifadəçilərini sevindirəcək bu 2,3 Hhz tezliyində çalışan 8 nüvəli Helio G35 çipseti – öz kateqoriyasında ən sürətlilərdən biridir. Bu segmentin başqa telefonları ilə müqayisədə, bu cəhətdən C11 aşkar şəkildə üstünlük qazanır. 

С11 – 20:9 nisbətli, yüksək məhsuldarlığa, oyun, audio və video üçün geniş nəzər sahəsinə malik olan 6,5 düymlük displeyi ilə bu segmentdə olan ən böyük displeylərdən birinə malikdir.

Avtofokuslu, LED-işıqlı, 4-qat zumlu və Full HD videoçəkilişi dəstəkləyən ikili əsas kamera: 13Mp + 2 Mp, və AI Selfie funksiyalı 5 Mp-lik frontal kamera.

Smartfon Android 10 və ona əsaslanan realme UI əməliyyat sistemi ilə təchiz olunub. 

Arzularınızdan və büdcənizdən asılı olmayaraq, realme 7 5G və realme С11 hər kəsi maraqlandıracaq. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri