29 
İyn
2021
15:30
156
38
8864
Virtual karabakh

“Courtyard by Marriott” Azərbaycanda debüt edir - FOTO

29 İyn, 2021
15:30
8864

“Courtyard by Marriott” Azərbaycanda debüt edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın paytaxtı Bakıda yeni tikilmiş hotel istifadəyə verildi

“Marriott Bonvoy”un 30 markasının cəmləşdiyi, sürətlə böyüyən və unikal portfelin bir hissəsi olan “Courtyard by Marriott” bu ilin iyun ayında gözlənilən “Courtyard by Marriott Baku” hotelinin açılışını elan edir. 365 otaqdan ibarət olan mehmanxana “Absheron Hotel Group” tərəfindən uzunmüddətli françayzinq müqaviləsi əsasında idarə olunacaq. Bakının Füzuli küçəsində yerləşən və mərkəzə yaxın olan hotel həm işgüzar şəxslər, həm də sadəcə istirahət etmək istəyənlər üçün idealdır.

Hotel paytaxtın simvolik ticarət ərazisi sayılan “Torqovaya”, məşhur görməli yerləri olan Nizami küçəsindən bir kilometrə yaxın, piyada isə bir neçə dəqiqəlik məsafədədir. Buraya Bakının İçərişəhər kompleksində yerləşən tarixi Qız qalası və məşhur memar Zaha Hadid tərəfindən dizayn edilmiş, dünya miqyasında misli olmayan Heydər Əliyev Mərkəzi daxildir. Heydər Əliyev Beynəlxalq Hava Limanı isə hoteldən cəmi 30 dəqiqəlik məsafədədir.

“Premium” və “Select” markalarının Avropa, Orta Şərq və Afrika üzrə Qitə Brend Lideri Sandra Schulze-Potgieter deyib: “Courtyard by Marriott”u bu ilin iyun ayından etibarən qonaqların üzünə açıq elan edəcəyimizdən məmnunuq. Hotel biznes-turistlərə və sadəcə istirahət edənlərə mehriban və qayğıkeş personalı ilə rahat bir mühit təqdim edir. Əlverişli yerləşmə qonaqlara canlı şəhərdən maksimum zövq almağa fürsət verir”.

“Courtyard by Marriott Baku”nun baş meneceri Eldar Əlimuradov: “Tanınmış “Courtyard by Marriott” markası və Bakı turizm sektorunun inkişafı sayəsində geniş səyahətçi kütləsini qarşılamağı səbirsizliklə gözləyirik”.

Yeni bina müasir üslubda tikilib: Gözoxşayan Qış parkı mənzərəsinə açılan 365 ədəd geniş qonaq otağı, funksional iş zonası və qonaqların istirahəti zamanı əlaqədə olmalarını təmin edən pulsuz, yüksəksürətli internet xətti ilə təchiz edilib.

Hotelin birinci mərtəbəsində yerləşən “BESH Gastropub”, seçilmiş yerli inqrediyentlərlə hazırlanmış həm Azərbaycan, həm də dünya mətbəxinin dadlı yeməklərini təqdim edir. Hotelin barı qonaqların rahatlaması, eləcə də qəlyanaltılardan və parlaq kokteyllərdən zövq alması üçün ideal məkandır.

Ümumi sahəsi 495 kvadrat metr təşkil edən 11 iclas otağı bir sıra tədbirləri qəbul edə bilər. Bütün iclas otaqları müasir işıqlandırma, interaktiv rəqəmsal lövhələr, 65 düymlük televizorlar və pulsuz “Wi-Fi” ilə təchiz olunub. Mehmanxanada 24 saat fəaliyyət göstərən, geniş özünəxidmət idman zalı qonaqların istifadəsinə təqdim olunur.

Qabaqcadan onlayn bron etmək və ya əlavə məlumat əldə etmək üçün aşağıdakı linkə keçid etməyiniz kifayətdir:

https://www.marriott.com/hotels/travel/gydcy-courtyard-baku/.

“Absheron Hotel Group” haqqında:

“PASHA Holding” MMC-nin törəmə şirkəti olan “Absheron Hotel Group” Məhdud Məsuliyyətli Cəmiyyəti gənc hotel idarəçiliyi şirkətidir. 2013-cü ildə şirkətin qurulması ilə Qrup, dünya səviyyəli hotel və kurort portfelini quraraq milli və regional bazarlarda lider mövqe tutmaq istəyi və strateji qonaqpərvərlik sənayesinin oyunçusuna çevrilməyi hədəfləyir. Bu portfel Bakıda və onun xaricində yerləşən müxtəlif hotel kateqoriyalarını və digər qonaqpərvərlik subyektlərini özündə cəmləşdirir. Qrup Azərbaycanın paytaxtında iki lüks hotelə sahibdir, bunlardan biri müvafiq beynəlxalq hotel idarəetmə şirkəti tərəfindən idarə olunan “JW Marriott Absheron” Baku hotelidir.

Qrup hazırda doqquz hoteli idarə edir; 5-i “Marriott” ilə françayzinq müqaviləsinin bir hissəsi olmaqla:

• “Baku Marriott Hotel Boulevard”

• “Sheraton Baku Intourist”

• “Courtyard Baku”

• “Pik Palace”, “Shahdag”, “Autograph Collection”

• “Park Chalet”, “Shahdag”, “Autograph Collection”

Bundan əlavə, “Absheron Hotel Group”un Bakı və Tbilisi şəhərlərinin hər birində layihələndirmə və ya tikinti mərhələsində olan bir hoteli mövcuddur ki, həmin hotellərin də yaxın 18 ay ərzində açılması planlaşdırılır. Daha ətraflı məlumat üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri