13 
İyl
2021
17:38
14
110
6791
Virtual karabakh

İş dünyasında sürətli, planlı və sağlam olmağın yolu

13 İyl, 2021
17:38
6791

İş dünyasında sürətli, planlı və sağlam olmağın yolu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Honor” brendi yeni məhsulları ilə yenidən diqqət mərkəzinə gəldi. Zamana ehtiyacın artdığı dövrdə rahatlıq, iş həyatında komfortun əlçatanlığı üçün “Honor” brendi “MagicBook 2021” notbukları ilə yanaşı, “Honor ES” ağıllı saatı, “Honor Band 6” və “Honor MagicWatch 2” qol saatının yeni versiyasını təqdim edib.

“Honor” iş dünyasında sürətinizə ayaq uyduracaq müasir texnologiyanı daha zərif tərzlə birləşdirərək “Magicbook” seriyasını da yenilədi və “Magicbook” 2021 seriyasını istifadəyə verdi.

Brend iddia edir ki, müştəriləri yeni məhsulda yeni təcrübə və yeni imkanlar gözləyir. Yalnız premium görünüşlü metal dizaynı ilə yox, həm də çəkisinin azlığı, yüksək performansı ilə istifadəçilərin ən yaxın dostuna çevriləcək notbuklar 11-ci nəsil “Intel” prosessoru, SSD tipli yaddaş qurğusu, 100 % sRGB rəng əhatəsi ilə də əvvəlki nəsil notbuklardan fərqlənir.

Texnologiyada edilən yenilik bununla kifayətlənmir. Brend eyni zamanda gündəlik həyatımızda istənilən tərzə uyğun olan, planlı hərəkət, sağlamlığa nəzarət üçün istifadəçilər tərəfindən seviləcək “Honor ES” ağıllı saatını da istifadəyə verib. Habelə aktivlik sevənlər üçün günümüzdə ayrılmaz aksesuarımız olan ağıllı qolbaqlardan “Band 6”da vitrinlərdə öz yerini tutdu. Bir çox funksiyası ilə xələfindən fərqlənən “Band 6” aktiv həyat tərzi yaşayanların dostu olacaq. 

Məhsullar haqqında daha ətraflı məlumat “Honor”un Azərbaycandakı rəsmi distrübüteri olan “İrşad”ın sosial şəbəkələrindən və irshad.az saytından izləmək olur. Qeyd edək ki, bu məhsulların hər birini istər nağd, istərsə də kreditlə “İrşad” mağazalar şəbəkəsindən rəsmi zəmanətlə əldə etmək mümkündür.

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri