24 
İyl
2021
11:45
195
90
5862
Virtual karabakh

“Geely”nin yeni modelinin Bakıda təqdimatı keçirildi - FOTO/VİDEO

24 İyl, 2021
11:45
5862

“Geely”nin yeni modelinin Bakıda təqdimatı keçirildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

19 İyul tarixində yeni təmirdən çıxmış “Geely Bakı Mərkəzi”ndə yeni “Atlas Pro” modeli təqdim olundu. Təqdimatda bir sıra məşhur şəxslər iştirak edib. Qonaqlar yeni “Atlas Pro” modelinin hər bir xüsusiyyətləri ilə yaxından tanış olub və test etmə şansı əldə etdilər.

Yeni “Atlas Pro” “Geely” ilə “Volvo” şirkətinin birgə əməkdaşlığı çərçivəsində istehsal olunan 1.5 litr həcmli “Turbo” mühərrik ilə təchiz olunub. “Atlas Pro” modelini ilk növbədə rəqiblərindən fərqləndirən 48V EMS / “Yumşaq Hibrid” texnologiyiası ilə təchiz olunmasıdır. Əlavə olaraq avtomobildə AEB (fövqəladə tormozlama sistemi), LKA (hərəkət zolağında saxlama assistensi), IHBC (uzaq işığa intellektual nəzarət sistemi) kimi təhlükəsizlik sistemləri mövcuddur.

“Geely” ilə “Əfəndilər” qrupun əməkdaşlığı 2019-cu ilin sonunda başlayıb. Keçən ildən distribüterlik müqaviləsi imzalandıqdan sonra “Rich Motors” Azərbaycanda bu avtomobillərin satışı, texniki xidməti və ehtiyat hissələrinin satışına start verdi. Avtosalon və salonun arxasında yerləşən servis mərkəzi də “Geely”nin korporativ standartlarına uyğun inşa olunub. Servis eyni zamanda 35 avtomobilə xidmət göstərmə qabiliyyətinə malikdir.

İstehsalçının siyasətinə uyğun olaraq satışa ilk növbədə “Coolray” modeli ilə başlanılıb. Qısa bir zaman ərzində bu model gənclər arasında populyarlıq qazandı. “Geely”nin digər modeli olan, yerli bazarda çox populyar C-SUV seqmentinə aid “Atlas Pro” modeli təqdim edildi. “Geely” Azərbaycan ailə avtomobili kimi tanınan “Atlas Pro”da avtosevərlərin rəğbətini qazana biləcəyini inanır. 

“Geely” - Çinin iri avtoistehsalçısı olan, 1986-cı ildə yaradılmış “Geely Holding Group” qlobal şirkətin brendidir. “Geely Auto Group”a Çin ərazisində və onun xaricində 15 avtomobil zavodu və transmissiya və mühərrik istehsalı üzrə 8 zavod məxsusdur. Bundan savayı, şirkət Çin, İsveç, İngiltərə və Almaniyada elmi-tədqiqat mərkəzləri, Şanxay, Götebörq, Barselona, Kaliforniya və Koventridə isə dizayn mərkəzlərinə malikdir.

“Geely Auto Group”un önəmli hadisələrindən olan  2010-cu ildən “Volvo” şirkətinin səhmlərinin alınması, 2017-ci ildə ABŞ-in uçan avtomobillərin yaradıcısı “Terrafugi”, “Britaniyanın Lotus” şirkətinin səhmlərinin nəzarət paketinin və Malayziya şirkəti “Proton”ın 49,9 % səhmlərinin əldə olunmasını qeyd etmək olar. 2018-ci ildə isə “Geely”, “Mercedes-Benz” və “Smart” markaları tərkibində olan “Daimlər“in 9,7 % səhmlərin əldə etmişdir.

Yeni “Atlas Pro modeli haqqında ətraflı məlumatı aşağıda qeyd olunan linkdən əldə edə bilərsiniz:

https://geely.az/car/atlaspro/

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri