Noy
2021
17:56
74
19
922
Virtual karabakh

“Mastercard” nağdsız ödənişlərin beynəlxalq və Azərbaycandakı təkamülünü davam etdirir - FOTO

4 Noy, 2021
17:56
922

“Mastercard” nağdsız ödənişlərin beynəlxalq və Azərbaycandakı təkamülünü davam etdirir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal transformasiya həyatın bütün aspektləri üçün dünya miqyasında bir hekayəyə çevrilib. Azərbaycan sürətli rəqəmsallaşma prosesində nümunələrdən biri kimi çıxış edir. Nağdsız Azərbaycan – bir neçə il əvvəl başladılan bu proqram indi daha irimiqyaslı bir hərəkata çevrilib.

“Mastercard” ölkənin ödəniş sahəsindəki rəqəmsallaşmaya və alış-veriş təcrübəsinin inqilabi dəyişikliyinə rəhbərlik edir. 

Bu gün təhlükəsizlik və məxfiliyə əlavə olaraq, rəqəmsal ödənişlər maliyyə proseslərini asanlaşdırır, şəffaflıq yaradır və ölkə iqtisadiyyatını başqa bir səviyyəyə daşıyır.

Təmassız ödənişlər texnologiyaya olan inamın artması fonunda Azərbaycanda getdikcə daha da populyarlaşır.

“Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Erdem Çakar bildirib ki, təmassız ödənişlərin həcmi artıb: “Nağdsız Azərbaycan proqramı başlayandan ödəniş kartlarının sayı iki dəfə çoxalıb. Azərbaycanı nağdsız gələcəyə aparmaqda qərarlıyıq. Buna görə də bütün layihə və planlarımız rəqəmsal və nağdsız gələcək üçün infrastruktur yaratmağa xidmət edir. Pandemiya ərzində ölkədə bir neçə layihə həyata keçirdik, hansı ki, nağdsız ödənişlərin sayında artımla nəticələndi və son istifadəçilər arasında məlumat səviyyəsini və etibarı yüksəltdi.

Daxili POS -terminallardan istifadənin beş dəfə atması nəticəsində onların dövriyyəsi 2 milyard manatdan 10 milyard manata çatdı, e-ticarətin payı isə 15 %-dən 30 %-ə yüksəldi. Bu ikiqat artım 4 il ərzində e-ticarət həcmində 10 qat artım deməkdir. Pandemiyanın gəlişi ilə təmassız ödənişlər dar çevrədə istifadə edilən ödəniş üsulundan əksər istifadəçilərin üstünlük verdiyi ödəniş üsuluna çevrildi”.

“Son 50 ili müqayisə etsək, növbəti 5 il daha çox dəyişiklik vəd edir. Belə ki, 2025-ci ildə mobil internet istifadəçilərinin sayının 5 milyarda çatacağı gözlənilir, hər bir istifadəçinin payına 4.4 cihaz düşəcək, mobil telefondan istifadə müddəti gündəlik 3.6 saat olacaq, evlərdəki ağıllı cihazların sayı 5.4 milyarda çatacaq və ümumilikdə cihazların sayı 25 milyard civarında olacaq.

Rusiya, Gürcüstan və Belarus kimi qonşu ölkələrdə edilən hər iki ödənişdən biri mobil cihazlar vasitəsilə təmassız formada edilir. Daha yüksək təmassız mobil cihaz nüfuzetməsi olan ölkələrdə isə ümumi təmassız ödəniş qəbulu 90 faizə çatıb. Deməliyəm ki, Azərbaycandakı POS cihazların 80 %-i təmassız ödənişləri qəbul edir və indi smartfonlar da POS cihazıdır. Şamaxıda başladığımız layihədə olduğu kimi, smartfonlar nəqliyyat kartlarına çevriləcək”, - “Mastercard”ın Avropa bazarları regionunda biznesin inkişafı və kiber təhlükəsizlik üzrə vitse-prezidenti Hakan Tatlıcı bildirib.

“Mastercard” Azərbaycanda “Apple Pay” kampaniyalarının” başladıldığını elan edib. Bu həll müştəriləri daha təhlükəsiz, daha etibarlı və xüsusi ödəniş seçimləri ilə təmin edir, yəni onları bank kartlarını başqalarına vermək, düymələrə fiziki toxunuş və ya nağd pul mübadiləsi kimi əməliyyatlardan azad edir. Müştərinin ödəniş etməsi üçün “iPhone” smartfonunu və ya “iWatch” ağıllı saatını terminala yaxınlaşdırmaq kifayətdir.

“Apple Pay” Azərbaycan “Beynəlxalq Bankı”, “Kapital Bank”, “Bank Respublika” və “Unibank”da mövcuddur. Bu banklar “Mastercard” kart sahiblərinə öz kartlarını “Apple Pay”də tanıtmaq və istifadə etmək üçün üstünlüklər təqdim edəcək. Amma hər şeydən öncə biz, “Mastercard” olaraq müxtəlif kampaniyalarımız çərçivəsində kart istifadçilərimizə bonuslar verəcəyik: müştərilərimiz “Mastercard”ı “Apple Pay” tətbiqinə əlavə edərək market alış-verişlərində 5 AZN, “Azpetrol”da edilən 10 AZN-lik yanacaq ödənişində 2 AZN kəşbək qazanacaq, hər bir “Apple Pay” istifadəçisinə KFC restoranlarında etdiyi ödənişlərdə isə frenç frayz hədiyyə olunacaq. Tezliklə “Cinema Plus”dan da faydalı təkliflərimiz gözlənilir.

“Mastercard”ı “Apple Pay” tətbiqinə əlavə edin və kəşbəklər, çoxlu bonuslar və hədiyyələr qazanın.

“Mastercard” haqqında (NYSE: MA): www.mastercard.com

“Masterсard” ödəniş sənayesində fəaliyyət göstərən qlobal bir texnologiya şirkətidir. Bizim missiyamız tranzaksiyaları daha təhlükəsiz, sadə, ağıllı və əlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyat yaratmaq və onu gücləndirməkdir. Təhlükəsiz məlumatlar, şəbəkələr vətərəfdaşlıqlardan istifadə edərək bizim innovasiya və həllərimiz fərdlərə, maliyyə institutlarına, hökumətlərə və şirkətlərə özlərinin ən böyük potensialını reallaşdırmaqda kömək edir. Bizim nizam-intizam əmsalımız bizim mədəniyyətimizə və şirkət daxilində və xaricində gördüyümüz hər bir işə stimul verir. Biz 210-dan çox ölkə və bölgədəki bağlantılarımızla hər kəs üçün qiymətsiz imkanlar açan dayanıqlı bir dünya qururuq.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri