Noy
2021
10:15
122
12
1236
Virtual karabakh

“Aqro-vest DC” MMC-də Zəfər Günü qeyd edilib - FOTO

5 Noy, 2021
10:15
1236

“Aqro-vest DC” MMC-də Zəfər Günü qeyd edilib - FOTO

Bu gün “Aqro-vest DC” MMC-də Zəfər Günü qeyd edilib.

Ötən il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə “Dəmir yumruq” əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması ilə düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu tarixi qələbə nəticəsində təxminən otuzillik işğala son qoyuldu və ərazi bütövlüyümüz bərpa olundu. 

Bu il 8 noyabrda möhtəşəm qələbəmizin bir yaşını, ilk Zəfər Gününü qeyd edəcəyik! 

Bu möhtəşəm günə bir-neçə gün qalmasına baxmayaraq, hər kəs həyəcanla bu günü gözləyir, sevinclərini bölüşür, bu yolda can qoyanları dərin ehtiramla anır, veteranlara, qazilərə öz minnət və hörmətlərini bir daha bildirirlər. “Aqro-vest DC” MMC-nin  kollektivi də Zəfər Günü ilə bağlı keçirilən tədbirdə bu hissləri bölüşüblər. 

Şirkətin Marketinq və PR şöbəsinin müdiri Tural Məmmədov tədbiri giriş nitqi ilə açaraq, şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş edib. O daha sonra bildirib: 

“Biz çox xoşbəxt nəsilik. Ona görə ki, bu gözəl hisləri yaşamaq bizə nəsib oldu. Bu müharibədə böyük qələbəmizin əsasında duran ən başlıca amil xalq-lider-ordu birliyinin sarsılmaz vəhdəti oldu. Vətən müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə dəmir yumruq kimi birləşdiyini nümayiş etdirdi. Azərbaycanın bütün vətəndaşları, etnik, sosial, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütövlük nümayiş etdirdi, öz iradələrini ortaya qoydu. Bu müharibə hamımızın sınağı idi. Şükürlər olsun ki, biz bu sınaqdan üzü ağ, şərəflə çıxdıq. Aqrovest ailəsi olaraq, fəxr edirik ki, bizim də bu qələbədə payımız var. Bir hissəmiz arxa cəbhədə əzmlə çalışdı, şirkət olaraq ordumuza dəstəyimizi əsirgəmədik, bir qrup əməkdaşımız isə ön cəbhədə öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirdi”.

Daha sonra müharibədə iştirak etmiş əməkdaşların bir qrupu kollektivlə xatirələrini və hisslərini bölüşüb. Quluzadə Cavidan, Məmmədov Murad, Xankişiyev Ramin, Cəmilov Bəhruz, Gözəlov Samir çıxışlarında keçdikləri döyüş yolundan bəhs edərək, hisslərini bölüşüblər. 

Quluzadə Cavidan: “Nə qədər acılı xatirələrimiz də olsa, şərəfli günlər idi. Vətən torpaqlarını qarış-qarış, kənd-kənd, şəhər-şəhər azad etmək, bu sevinci yaşamaq və yaşatmaq, bu torpaqlara ilk dəfə qədəm qoymaq çox qürurverici idi. Biz bir an olsun öz doğmalarımızdan narahatlıq keçirmir, daim xalqımızın dəstəyini hiss edirdik. Əmin idik ki, dövlətimiz, prezidentimiz və xalqımız onların yanındadır. Artıq bir ildir ki, müharibə bitib. Mən və döyüş yoldaşlarım görürük ki, yanılmamışıq. Şəhidlərimizin, müharibə iştirakçılarının ailələrinə, doğmalarına olan qayğını bu gün hamımız görürük, hiss edirik”.

Sonda bütün komanda “Yaşasın Azərbaycan ordusu! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!” deyərək tədbiri başa çatdırıblar! 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri