Noy
2021
14:50
295
44
2712
Virtual karabakh

“Dəniz Mall”da Zəfər Günü xüsusi qeyd ediləcək

6 Noy, 2021
14:50
2712

“Dəniz Mall”da Zəfər Günü xüsusi qeyd ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şanlı qələbəmizin birinci ildönümü “Dəniz Mall” Ticarət və Əyləncə Mərkəzində təntənəli qeyd olunacaq.

Zəfər Günü münasibətilə ticarət mərkəzində sərgi təşkil ediləcək.

“Böyük Qələbə uşaqların gözü ilə” adlanan sərgidə 8-13 yaşlı uşaqların mövzu ilə bağlı rəsmləri nümayiş etdiriləcək. Sərginin keçirilməsində əsas məqsəd uşaqlara vətənpərvərlik ruhunun və Zəfər Gününün xalqımız üçün önəminin aşılanmasıdır. Sərgidə rəsmləri nümayiş etdirilən uşaqlar müxtəlif həvəsləndirici hədiyyələrlə mükafatlandırılacaqlar.

Bakı Kamera orkestri, uşaq və böyüklərdən ibarət xor illərdi gözlədiyimiz bayrama möhtəşəm rəng qatacaq.

Tədbir çərçivəsində “Dəniz Mall”da yerləşən fontanda unikal su şousunun göstərilməsi nəzərdə tutulub.

Zəfər Günü ab-havasını hiss etmək üçün hər kəsi “Dəniz Mall” Ticarət və Əyləncə Mərkəzini ziyarət etməyə dəvət edirik.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri