“Al market” 200-ə yaxın vakant yerə işçi qəbulu elan etdi
“Al market” 200-ə yaxın vakant yerə işçi qəbulu elan etdi
Bakı şəhərində yerləşən “Al market” mağazalar şəbəkəsində 18 yaş və üzəri 200-ə yaxın şəxsi işlə təmin edəcək.
Fürsətdən yararlanmaq istəyən şəxslər noyabr 12-də “Azərsun” Mədəniyyət Mərkəzində keçiriləcək növbəti “Açıq Qapı” gününə qatılmalıdırlar.
“Al Market” mağazalar şəbəkəsindən verilən məlumata görə Bakıda yerləşən mağazalara aşağıdakı sayda işçi qəbulu nəzərdə tutulur:
Səbail rayonu - 12 nəfər;
Yasamal rayonu - 25 nəfər;
Nərimanov rayonu - 28 nəfər;
Binəqədi rayonu - 28 nəfər;
Sabunçu rayonu - 20 nəfər;
Nəsimi rayonu - 26 nəfər;
Nizami rayonu - 17 nəfər;
Xətai rayonu - 22 nəfər;
Xəzər rayonu - 18 nəfər.
Vakansiyalar:
- Satıcı-kassir;
- Müdir müavini.
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsi;
- Hərbi bilet;
- Əmək kitabçası (əgər varsa).
Saat: 11:00, 13:00 və 15:00 (üç növbə).
Ünvan: Heydər Əliyev pr., 92a (“Şəfa” stadionunun yaxınlığında).
Əlavə məlumat üçün: wa.me/994552047575