19 
Noy
2021
16:45
92
52
1301
Virtual karabakh

“Silk Way West Airlines” istiqrazlarının ilk tranşı buraxılıb

19 Noy, 2021
16:45
1301

“Silk Way West Airlines” istiqrazlarının ilk tranşı buraxılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizi bölgəsinin ən böyük hava yolu yükdaşıma şirkəti olan “Silk Way West Airlines” ilk dəfə olaraq istiqraz buraxılışına başlayıb. Şirkətin əsas əməliyyatlarının və gəlirlərinin xarici valyutada olması faktı, eləcə də koronavirus pandemiyasının gələcək göstəricilərə potensial təsiri nəzərə alınaraq istiqrazların ABŞ dollarında buraxılması qərarlaşdırılıb.

Qeyd edək ki, pandemiyanın səngiməsi fonunda uçuşların sayının artacağı və yüksələn xarici valyuta gəlirləri ilə ödənişlərin vaxtlı-vaxtında təmin olunacağı labüd hal kimi qəbul edilib.
Donanmanın yenilənməsi məqsədilə illik 5 % ilə buraxılan “Silk Way West Airlines” istiqrazlarının tədavül müddəti üç ildir. İstiqrazların hər biri 10 milyon ABŞ dolları həcmində olmaqla beş tranş üzrə buraxılması planlaşdırılır. Qeyd edək ki, nominal dəyəri 1000 ABŞ dolları olan istiqrazın anderrayteri Bakı Fond Birjasında uğurla fəaliyyət göstərən “PASHA Capital” investisiya şirkətidir.

“Aviaşirkətin gəlir və tonaj proqnozları təhlil edilərkən aviadaşımalar bazarının genişlənməsinin biznesin inkişafına ümumilikdə pozitiv təsir edəcəyinə, premium məhsulların satışı vasitəsilə gəlirliliyin planlaşdırılan tonajdan daha sürətlə artacağına istinad edirik. 50 milyon ABŞ dolları dəyərində olan istiqrazların yerləşdirilməsi nəticəsində əldə ediləcək bütün vəsaitlər “Silk Way West Airlines” şirkətinin aviaparkının yenilənməsinə yönləndiriləcəkdir”, - deyə “Silk Way West Airlines” MMC-nin Müşahidə Şurasının üzvü Mirsəməd Mövsümzadə bildirib.

“PASHA Capital” investisiya şirkəti 2012-ci ilin iyun ayında təsis edilib və 2021-ci ilin ilk doqquz ayı ərzində Bakı Fond Birjasında 10,2 milyard manat həcmində əməliyyat dövriyyəsinə nail olmaqla bu göstərici üzrə ölkənin ən böyük investisiya şirkətinə çevrilib.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” 12 müasir “Boeing 747-8F” və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 28 aprel 2021-ci il tarixində “Boeing” aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 420 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir. “Silk Way West Airlines” şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.

“Silk Way West Airlines” istiqrazlarının satışını həyata keçirən “PASHA Capital” investisiya şirkətinin əlaqə nömrələri: 

+994 12 493 33 66;

+994 12 493 33 88;

+994 55 226 33 66.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri