22 
Noy
2021
13:15
74
31
1241
Virtual karabakh

“Span” Azərbaycanda 5 illik yubileyini qeyd edir

22 Noy, 2021
13:15
1241

“Span” Azərbaycanda 5 illik yubileyini qeyd edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

25 noyabr tarixində Bakıda keçiriləcək xüsusi tədbirdə “Span” Azərbaycan şirkətlərinə çeviklik və innovasiya potensiallarını tam şəkildə açmağa imkan verən ən müasir biznes həllərini və bu sahədə öz nailiyyətlərini təqdim edəcək.

Altı qitədə 1200-dən çox müştəriyə xidmət edən Xorvatiyanın İT şirkəti “Span” öz beynəlxalq biznes hekayəsini və Azərbaycanda əldə etdiyi uğurları bölüşəcəyi xüsusi tədbir keçirəcək. 

Tədbir Robotik Proseslərin Avtomatlaşdırılması, “Microsoft 365” əsasında aparıcı təhlükəsizlik həlləri, “Microsoft Dynamics 365” və “Microsoft Power Platform” və s. mövzuları əhatə edəcək. 

Tədbirdə “Span” şirkətinin Azərbaycan üzrə baş meneceri Fəxrəddin Zeynalov, ərazi üzrə satış meneceri Tahir Əliyev, beynəlxalq biznesin inkişafı üzrə direktoru Jelko Qaliç (Željko Galić), bulud texnologiyaları üzrə mütəxəssis Matey Mezqa (Matej Mezga), Microsoft Dynamics CE/Power Platforma Həlləri üzrə arxitektor Marko Batur (Marco Batur) və “Span” qrupunun üzvü olan “bonsai.tech”in biznes prosesslərinin avtomatlaşdırılması (BPA) üzrə direktoru Davor Şibenik (Davor Šibenik) şirkətin planları və ən son İT həlləri, eləcə də bulud, təhlükəsizlik və dəstək xidmətləri barədə təqdimatlarla çıxış edəcəklər. 

Azərbaycanda fəaliyyət göstərdiyi ilk beş il ərzində “Span” aparıcı telekommunikasiya operatorlarına “Microsoft Dynamics” həlləri ilə müştəri münasibətlərinin transformasiyasına kömək edən bir sıra layihələr reallaşdırıb. “Span” müəssisə və korporativ müştərilər üçün kibertəhlükəsizlik, proqram təminatı aktivlərinin idarə edilməsi üzrə məsləhət, data analitika, məlumat mərkəzinin modernləşdirilməsi sahələrində layihələr həyata keçirir. “Microsoft”un Lisenziyalı Həllər Provayderi kimi şirkət aparıcı bizneslərə həllər və rəqəmsal transformasiya üzrə məsləhətlər təklif edir. “Microsoft” texnologiyaları sahəsində aparıcı regional “Microsoft” partnyoru olaraq şirkət bulud konsultasiyası və tətbiqindən tutmuş təhlükəsizlik və dəstək xidmətlərinədək sürətlə inkişaf edən rəqəmsal dünya üçün həllər təqdim edir.

“Span” Azərbaycanın fəaliyyəti və ən son yenilikləri barədə daha ətraflı məlumat üçün “Linkedin” - https://bit.ly/3kCV1W4 və “Facebook” - https://bit.ly/3oADzD4 səhifələrimizi izləyin.

Tədbirdə iştirak etmək üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

https://forms.office.com/r/zVwMGQ1k2E

Tel: (012) 496 08 89

E-mail: [email protected]

Qeyd edək ki, tədbiri “Microsoft Teams” platforması üzərindən onlayn da izləyə biləcəksiniz:
https://bit.ly/3xenN4w

“Span” şirkəti haqqında:

Altı qitədə 1200-dən çox müştəriyə xidmət edən Xorvatiyanın İT şirkəti “Span” iri müəssisə və biznes nümayəndələri üçün informasiya sistemlərinin layihələndirilməsi və tətbiqi xidmətləri, həmçinin texniki dəstək üzrə ixtisaslaşıb. Biznesin rəqəmsal transformasiyası sahəsində 28 ildən çox beynəlxalq təcrübəyə malik olan “Span” etibarlı və dəyərli İT tərəfdaşıdır. Hazırda “Span Group”da 500-dən artıq mütəxəssis çalışır.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri