22 
Noy
2021
15:05
58
10
886
Virtual karabakh

Ötən həftə RDM təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirilib - FOTO/VİDEO

22 Noy, 2021
15:05
886

Ötən həftə RDM təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə RDM təşkilatçılığı ilə “Düz bağırsaq törəmələrinin müalicəsində müasir yanaşma” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfrans hibrid formatda – həm onlayn qoşulma, həmdə canlı iştirak imkanı yaradıb.

İştirakçılar RDM-in yeni istifadəyə verdiyi “OR 1 Storz” inteqrə əməliyyat salonunda canlı icra olunan cərrahiyyə prosesini ən xırda detalına kimi yüksək keyfiyyətli yayım imkanları ilə izləmək və müzakirələr aparmaq fürsəti əldə ediblər.

Cərrahiyyənin ən mürəkkəb sahələrindən hesab edilən, aşağı yerləşimli düz bağırsaq xərçənginə görə, RDM uzman-cərrahı İlqar İsmayılov tərəfindən canlı yayımda laparoskopik əməliyyat icra edilib.

Eyni zamanda Türkiyə “Gülhanə” Hərbi Tibb Akademiyasının professoru Sezai Demirbaş və Moskvadan qoşulan professor Zaman Məmmədli, ekspert mühazirələri ilə bu mövzuda olan yenilikləri izləyicilərlə paylaşdılar.

Respublika Diaqnostika Mərkəzi yüksək standartlarla tibbi xidmət verməklə yanaşı, elmi-araşdırma və təlim fəaliyyətlərini də davamlı olaraq genişləndirmək yolundadır. Keçirilən konfrans bu mərkəzin mütəxəssis potensialını nümayiş etdirməklə bərabər ölkə səhiyyəsinə öz töhfəsini verib.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri