23 
Noy
2021
10:30
158
17
3281
Virtual karabakh

“Acıbadem”də əkizlərin ayrılmasının təəccüblü hekayəsi - FOTO

23 Noy, 2021
10:30
3281

“Acıbadem”də əkizlərin ayrılmasının təəccüblü hekayəsi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kamerundan gənc cütlük, Kerolayn və Riçard Akva əkizlərinin dünyaya göz açmasını səbirsizliklə gözləyirdilər. 26 yaşlı Kerolayn mütəmadi olaraq həkimə baş çəkirdi və hamiləliyi problemsiz şəkildə davam edirdi. Əkizlər qeysəriyyə əməliyyatının köməyi ilə dünyaya gəldi. Ancaq gənc valideynləri xoşagəlməz xəbər gözləyirdi – körpələr budlarından bir-birinə birləşmişdi!

Ölkədə kifayət qədər tibbi və texnoloji vasitələrin olmadığına görə, Kamerunda siam əkizlərinin müalicəsi mümkün görünmürdü.  Ancaq pandemiyaya baxmayaraq, Kamerun Prezidentinin İdarəsi vaxtında Türkiyəyə, “Acibadem”ə hava yolu ilə səfər təşkil etdi, çünki buna qədər cərrahi yolla müalicə mümkün deyildi. Klinikada doqquz aylıq qızların müalicəsi ilə mütəxəssis komandası məşğul oldu.

Həkimlərin səfərbərliyi elan edildi!

Tibb mütəxəssislərinin çoxşaxəli komandası: uşaq cərrahiyyəsi professoru Burak Tanderin, uşaq neyrocərrahiyyə professoru Memet Özekin, Estetik, Plastik və Rekonstruktiv cərrahiyyə kafedrasının professoru Hakan Ağırın, anesteziologiya dosenti Serpil Ustaların, Uşaq İntensiv Terapiya şöbəsinin professoru Agop Çıtakın və Urologiya, Radiologiya, ürək-damar cərrahiyyəsi və anesteziologiya şöbələrindən olan mütəxəssislərin rəhbərliyi altında siam əkizlərinin ayrılması prosesi üzərində yeddi ay işləyiblər.

Unikal 3D maneken

Həkimlər uzun müddət bu çətin əməliyyata hazırlaşarkən, Acibadem Universitetinin Biodizayn mərkəzində əməliyyatın uğurlu keçməsinə əhəmiyyətli töhfə verən və əvvəlcədən yaradılmış siam əkizlərinin ətraflı 3D manekeni araşdırıldı.

Uşaq neyrocərrahiyyə professoru Memet Özek əməliyyatın başlanması haqqında danışır: “Bizim neyrocərrah komandamız onurğa beyni, miyelomeningosel, onurğa membranları və oma büzdüm sümüyünün ayrılması ilə əlaqədar əməliyyata başlayıb. Həyatımızda ilk dəfə idi ki, bu cür qeyri-adi vəziyyətdə olan qəliz birləşməni əməliyyat edirdik”.

Uşaq cərrahiyyəsi professoru Burak Tander əlavə etdi: “Ayrıca, qızların onurğa beyni, sidik yolları, düz bağırsaq və bəzi qan damarları ümumi olduğundan, onların ayrılması üçün çox çalışmalı olduq”.

Estetik, plastik və rekonstruktiv cərrahiyyə professoru Hakan Ağır davam edir: “Biz əməliyyatdan əvvəl dərini, dərialtı toxumaları və əzələləri prosesə hazırladıq. İkinci mərhələdə uşaq cərrahiyyəsi və neyrocərrahiyyə komandası tərəfindən əməliyyat olunan sahələri qapatdıq. Biz ümumi intensiv terapiya və yoluxucu xəstəliklər üzrə mütəxəssislərlə birlikdə əməliyyat sonrası yaraların sağalması ilə əlaqədar yaranan problemlərin qarşısını almaq üçün maksimum diqqət və qayğı göstərdik”.

Anestezioloq Serpil Ustalar Özgen əlavə etdi:  “Anestezioloqlar qrupunun rolu, cərrahların rahatlığı üçün uşaqların yuxu və təhlükəsizliyini təmin etmək idi. Əməliyyatdan əvvəl körpələr arasında qarışıqlıqdan qaçmaq üçün bütün avadanlıqları iki rəngdə hazırladıq. Biz “Elizabet komandası” və “Meri komandasına” bölündük. Əslində, belə intensiv rejimdə 27 saat iş bizim üçün 1 saat kimi keçdi”.

Uşaqların İntensiv Terapiyası kafedrasının professoru Agop Çıtak yekunlaşdırdı: “Əkizlərin cərrahi ayrılması uzun və çox mürəkkəb bir prosesdir. Körpələrin Uşaq İntensiv Terapiya şöbəsində əməliyyatdan sonrakı adaptasiyası, müşahidə və müalicəsi təmin edildi”.

27 saat davam edən ayırma əməliyyatı müvəffəqiyyətlə başa çatdı. Əvvəlcə Meri əməliyyat otağını tərk etdi. Ondan sonra isə Elizabet. Onlar ilk dəfə bir-birilərini görmələri inanılmaz dərəcədə emosional bir an idi.  İndi uşaqlar 16 aylıqdırlar və indi bu şirin əkizlər iki fiziki cəhətdən müstəqil fərd kimi yaşayır.

Qızların valideynləri “Acibadem” mütəxəssislərinin yüksək peşəkar heyətinə minnətdarlığını bildirdi: “Təcrübəli həkimlərə, tibb bacılarına, rəhbərliyə və “Acıbadem”in bütün tibb işçilərinə bu inanılmaz xoşbəxtliyimizi borcluyuq. Əslində, sözlərimiz duyğularımızı tam ifadə etmir!” 

Qeyd edək ki, “Acıbadem” klinikasının Bakı nümayəndəliyi (Səməd Vurğun küçəsi 36) xəstələrin məsləhət alması və müalicəsi üçün Türkiyəyə getməsində kömək edir.

Tel.: +994 12 595 96 81

Eləcədə, veb-saytdan və ya rəsmi nümayəndəlikdən ərizə göndərərək “Acıbadem”in aparıcı həkimlərindən müstəqil konsultasiya ala bilərsiniz: http://www.acibadem.com.az/

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri