29 
Noy
2021
17:40
110
21
1418
Virtual karabakh

“Cartier” Zərgərlik Evinin qlobal layihəsindəki ilk azərbaycanlı: İsfar Sarabski - FOTO

29 Noy, 2021
17:40
1418

“Cartier” Zərgərlik Evinin qlobal layihəsindəki ilk azərbaycanlı: İsfar Sarabski - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cartier” Zərgərlik Evi “Pasha Community” icmasının yaradılmasını elan edib. İcmanın üzvləri Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycandan olan novatorlardır.

“Pasha Community” icmasında Azərbaycanı “Warner Music Group”la müqavilə bağlamış ilk azərbaycanlı elektron və caz musiqiçisi, pianoçu və bəstəkar İsfar Sarabski təmsil edir.

İştirakçılar arasında musiqiçi və prodüser İvan Dorn, dizayner Ruslan Baqinski, rəqəmsal rəssam Aleksandr Subsensus, SETTERS kommunikasiya və yaradıcılıq agentliyinin təsisçisi Aleksandra Jarkova, sahibkar Alisa Çumaçenko, eko-influenser Anastasiya Çijevskaya, “The Steppe” mediastartapının təsisçisi Zaure Rozmat, rejissor İlya Nayşuller və “Glamour” jurnalının baş redaktoru İsyana Erdneyeva var.

“Cartier” əmindir ki, yeni qəhrəmanlar öz fəaliyyətləri ilə başqalarına nümunə olacaq, işini sevməyin, heç vaxt geri çəkilməməyin və xəyalları reallığa çevirməyin vacibliyini göstərəcək. Bu insanlar stereotipləri məhv etməkdən, imkanların sərhədini aşmaqdan və uğur əldə etməkdən çəkinmir. Onlar dünya haqqında standart düşüncələri dəyişdirir və hər kəsdən fərqli yaradıcılıq və özünüifadə yolları yaradırlar.

“Lap kiçik idim, bəlkə də gəzməyi yeni öyrənirdim. Ən çox sevdiyim oyuncaqlar evimizdəki vallar idi. Evdəkilər mənə tez-tez mahnı sifariş edirdilər”, - deyə azərbaycanlı pianoçu və bəstəkar İsfar Sarabski xatırlayır.

O, prestijli “Jazz Festival Montreux” müsabiqəsində qalib gəlib, Amerika Caz Musiqiçiləri Fondunun dəvəti ilə Nyu-Yorkda silsilə qala-konsertlər keçirib və “Warner Music Group”la müqavilə bağlamış ilk azərbaycanlı elektron və caz musiqiçisi olub.

İsfar elektro-muğam musiqi janrının əsasını qoyub və musiqiyə daima yəni nəfəs gətirir. Musiqiçi WMG ilə əməkdaşlıq şərtlərində yazılmış yeni “Planet” albomunun təqdimatını etdiyi Avropa üzrə konsert turunu yenicə tamamlayıb.

“Pasha Community” qəhrəmanları səylərini bir layihədə birləşdirsələr, bu, çox irimiqyaslı hadisə olacaq”, - deyə icmada Qazaxıstanı təmsil edən Zaure Rozmat bildirib. “Cartier” Zərgərlik Evi istedadların bir araya gəlməsi üçün şərait yaratmaqla və bunun “Pasha Community”nin yeni fəslinin başlanğıcını qoymasını vəd etməklə çox böyük işə imza atıb.

“Biznes ilk növbədə rəqəmlərə yox, emosiyalara əsaslanır. Layihədə səni pul qazanmaqdan başqa, həvəsə gətirən heç nə yoxdursa, bir neçə illik fəaliyyətdən sonra iş öz-özünə sönəcək”, - deyə Zaure əminliklə qeyd edir.

Zaure debüt layihəsinə 24 yaşında başlayıb, 5 il əvvəl isə Qazaxıstanda həyat tərzi haqqında ilk onlayn-medianın əsasını qoyub. “The Steppe” startaplar, biznes və hobbilər haqqında saytdır. 

ÇƏRÇİVƏDƏN KƏNARA ÇIXMAQ

“Pasha Community” icmasının ilk görüşü Moskvadakı “Noudome” platformasında keçirilib.

10 qəhrəmanı bir araya gətirən tədbir “Questioning” tamaşasının motivlərinə əsaslanan performans formatında keçirilib və yeni yaradıcı ideyalara qığılcım verib. Layihənin iştirakçıları tanış olub, fikir mübadiləsi aparıb, hətta müştərək layihə imkanlarını müzakirə ediblər.

“Pasha Community” qəhrəmanları sahələrinin novator və pionerləridir. Onlar adiliklərin fövqünə çıxmaqdan və uğura doğru addımlamaq üçün yeni yollar açmaqdan çəkinmirlər”, - deyə Zərgərlik Evinin nümayəndəsi vurğulayır.

“Cartier” icmada dövrünün parlayan istedadlarını və sahələrinin novatorlarını bir araya gətirib və bütün dünyaya adiliklərdən uzaqlaşmağın artıq qorxulu olmadığını göstərir.

Və bu, “Pasha Community”nin yeni fəslinin başlanğıcıdır.

HÖKMDARIN SAATI 

İlk “Pasha de Cartier” modeli 1940-cı illərdə hazırlanıb. Bu, siferblatı qoruyucu metal barmaqlıqla örtülmüş, kənardan isə zəncirlə saata birləşmiş tənzimləyici detalın göründüyü, sözün əsl mənasında, unikal saat idi.

Dizayn xüsusi olaraq Mərakeş hökmdarı Tami Əl-Qlaui üçün yaradılmışdı. O, elə bir saat arzusunda idi ki, bu saatla həm hovuzda çimmək, həm də təntənəli ziyafətlərdə hamının diqqət mərkəzində olmaq mümkün olsun.

“Pasha de Cartier” zəriflik və gündəlik istifadəyə yararlılığın ideal nümunəsi oldu. Saata hətta suyun altında belə rahatlıqla baxmaq mümkün idi. Manufaktura adətən istifadə etdiyi Roma rəqəmlərindən imtina edərək, iri və aydın görünən ərəb rəqəmlərinə üstünlük vermişdi.

1985-ci ildə eleqant idman saatlarını trendə çevirmiş məşhur usta “Cerald Centa Pasha de Cartier” saat modelini dəyişdirərək onu daha yüngül və müasir etdi.

Bu saat güzəştə getməyən, azad düşüncə tərzinə sahib olan və diqqət cəlb etməkdən qorxmayan insanlar üçün yaradılıb.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri