COVID-19 PCR testlərinin dəyəri kəskin düşəcək - FOTO
COVID-19 PCR testlərinin dəyəri kəskin düşəcək - FOTO
16 may 2019-cu il tarixdə prezidentin açılışını etdiyi və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin də iştirak payı olan “DİAMED CO” Şpris İstehsalı Zavodu 2021-ci ilin avqust ayından etibarən daha bir yeni istehsal xəttini quraraq qlobal pandemiya dövründə ən çox tələb olunan COVID-19 virusunun PCR üsulu ilə aşkarlanması üçün istifadə olunan reagentlərin istehsalına başlayıb.
Zavod hazırda COVID-19 virusunu və onun mutasiyalarını təyin edə bilən yüksək keyfiyyətli reagentlər istehsal edir. Zavodun istehsal gücü illik 6 000 000 ədəddir.
Zavodun istehsal etdiyi COVID-19 reagentlərinin qiymətlərinin aşağı olması ölkədə aparılan COVID-19 testlərinin də qiymətinin aşağı düşməsinə səbəb olacaq.
Bundan əlavə, yerli reagentlərdən istifadə etməklə analizlərin nəticələri dəqiq olmaqla yanaşı, həm də daha qısa müddətə hazır olacaq.
Qeyd edək ki, pandemiya başladığı dövrdən bu günə qədər statistika üzrə 5 526 664 ədəd COVID-19 PCR testi aparılıb. Yerli istehsalçının olması ölkədən böyük məbləğdə valyuta axınının qarşısını alacaq.