30 
Noy
2021
15:00
18
178
1486
Virtual karabakh

Möhtəşəm “Black Friday” günləri ən çox sevdiyiniz ticarət mərkəzlərində yaşandı!

30 Noy, 2021
15:00
1486

Möhtəşəm “Black Friday” günləri ən çox sevdiyiniz ticarət mərkəzlərində yaşandı!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə bütün dünyada alış-veriş sevənlərin həvəslə gözlədiyi “Black Friday” həyəcanı yaşandı. Ən çox sevdiyiniz ticarət mərkəzləri də endirim günləri ilə bağlı xüsusi təkliflərlə çıxış etdi.

3 gün: 26, 27 və 28 noyabr tarixlərində baş tutan “Black Friday” alış-veriş günlərində mağazalar möhtəşəm endirimlər tətbiq etdi, eləcə də, ticarət mərkəzləri 3 gün ərzində xüsusi əyləncəli proqramlarla ziyarətçilərini sevindirdi.

Ölkənin ilk və ən çox ziyarət olunan ticarət mərkəzlərindən olan “28 Mall”, ən böyük ticarət mərkəzi “Gənclik Mall”, uşaq və gənclərin ən çox sevdiyi “Dəniz Mall” ticarət və əyləncə mərkəzi 3 gün ərzində mağazaların təklif etdiyi endirim və aksiyalar, eləcə də xüsusi hazırlanmış əyləncə proqramları ilə ziyarətçiləri üçün gözəl alış-veriş ab-havası yaratdı.

Ölkənin lüks seqmentində ilk və tək ticarət mərkəzi olan “Port Baku Mall” da, bu il “Black Friday” həyəcanına qatılaraq, 3 gün ərzində ziyarətçiləri üçün xüsusi alış-veriş aurası yaratdı. Əlavə olaraq, bir sıra mağazalar xoş sürprizlərlə müştərilərini sevindirdi.

Gəncə və ətraf bölgələrin əhalisinin sevimli məkanı olan “Gəncə Mall” ticarət mərkəzi də, “Möhtəşəm Cümə” günləri çərçivəsində endirim, aksiya, viktorina və musiqi proqramı ilə qonaqlarının əhvalını yüksəltdi.

Qeyd edək ki, endirim günlərində “28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall” və “Port Baku Mall” saat 00:00;  “Gəncə Mall” isə saat 23:00-dək xidmət göstərib.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri