Dek
2021
11:00
56
82
1180
Virtual karabakh

“Wolt” ərzaq məhsullarının sürətli çatdırılmasını təmin edəcək - FOTO

2 Dek, 2021
11:00
1180

“Wolt” ərzaq məhsullarının sürətli çatdırılmasını təmin edəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Wolt” şirkəti gələn ilin əvvəllərində “Wolt Market”i təqdim edəcək. Bu, 30 dəqiqədən də qısa müddətdə ərzində ərzaq məhsullarını qapınıza çatdıracaq supermarket konseptidir. İlk mağazalar Bakı şəhərində işə salınacaq və ilk əməkdaşların işə götürülmə prosesi artıq başlamışdır.

Əgər Bakıda yaşayırsınızsa, tezliklə “Wolt” tətbiqindən qapınıza çatdırılma ilə ərzaq məhsullarını sifariş edə biləcəksiniz. Ərzaq məhsullarının sürətli və rahat çatdırılmasına maraq getdikcə artmaqdadır və “Wolt” yeni supermarket konseptini test etmək üçün addım atır.

2022-ci ilin ilk rübündə “Wolt” Bakıda müştərilərə geniş yemək və ərzaq məhsulları təqdim edəcək fiziki supermarketi istifadəyə verəcək. Xatırladaq ki, eyni zamanda siz “Wolt” platforması üzərindən digər mağaza və supermarketlərdən də sifariş edə bilərsiniz (məsələn, “Araz” Supermarket, “Neptun” Supermarket və s.). “Wolt” tətbiqindən istifadə edərək, istifadəçilər 1500-dən artıq məhsul siyahısından seçim edə biləcəklər. Əsas məqsəd seçilən məhsullardan asılı olmayaraq çatdırılmanı 30 dəqiqə ərzində təmin etməkdir.

“Wolt” şirkətinin idarə heyətinin sədri Natalia Khizanişvili deyir: “Müştərilərimizin ərzaq çatdırılmasına marağı çox böyükdür və tələbat gündən günə artmaqdadır. Biz inanırıq ki, geniş mağaza seçimi təqdim edərək istifadəçilərimizə ən rahat çatdırılma təcrübəsi bəxş edə biləcəyik. “Wolt Market” artıq mövcud olan populyar partnyorlarımızın siyahısına möhtəşəm bir əlavədir və biz bu konseptin Azərbaycanda işə başlamasını səbirsizliklə gözləyirik”.

“Wolt Market” artıq çox uğurlu şəkildə bir neçə ölkədə test olunur. Belə ki, Finlandiya və Yunanıstan kimi ölkələrdə müştərilər ən populyar məhsulları asanlıqla sifariş edə bilirlər. Əgər siz Azərbaycanda “Wolt Market” layihəsinin ilk əməkdaşlarından biri olmaq istəyirsinizsə, wolt.com/jobs keçidindən istifadə edərək CV-lərinizi “Wolt” şirkətinə göndərə bilərsiniz.

Qeyd edək ki, artıq yarımilə yaxındır Bakı, Gəncə və Sumqayıt şəhərlərinin sakinləri “Wolt” ilə həm supermarketlər, həm də başqa müxtəlif pərakəndə satış nöqtələrindən sifariş edə bilirlər və platformaya gündəlik olaraq yeni məkanlar əlavə olunur.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri