Dek
2021
17:28
70
217
2642
Virtual karabakh

Mədinə Abdullayeva Türkiyədə mükafat aldı - FOTO

2 Dek, 2021
17:28
2642

Mədinə Abdullayeva Türkiyədə mükafat aldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə Kalite Ödülləri” sahiblərinə təqdim edilib.

Nominasiyalar arasında “Azərbaycanın uğurlu qadın aparıcısı” da yer alıb. Mükafata MTV kanalının aparıcısı Mədinə Abdullayeva layiq görülüb.

O, mükafata layiq görüldüyü üçün qürurlandığını bildirib: “Çox dəyərli mükafatdır və buna görə çox sevinirəm. Məşhur insanların yer aldığı bu mükafatlandırma məni qürurlandırdı. Belə atmosferdə olmaq xüsusi bir hissdir. Öz sahələrində uğurlar qazanmış insanlarla bir yerdə olduq. Aparıcılığı çox sevirəm və daim özümü inkişaf etdirməyə çalışıram. Bu səbəbdən “Azərbaycanın uğurlu qadın aparıcısı” olmaq məni qürurlandırdı. Hər kəs öz sahəsində ən yaxşı olmaq istəyir. Bu cür mükafatlar daha çox çalışmaq üçün önəmlidir. Ona görə də hisslərimi ifadə etmək mümkün deyil.

İnsanın sevdiyi işdə çalışması daha çox fədakarlıq etməsinə gətirib çıxarır. İnkişaf etmək, daha çox uğur qazanmaq mənim üçün yorucu deyil. Bu dəyərli mükafata sahib olmaq əslində işimi sevərək gördüyümün göstəricisidir. Ona görə də sevinirəm. Daha da irəli getmək üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, mükafatlandırmada Mila Kali, İvana Sert, Oktay Kaynarca kimi məşhurlar iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri