Dek
2021
18:05
180
14
2008
Virtual karabakh

Yeddi saatlıq mübarizədə Azərbaycan komandası qələbə qazandı

3 Dek, 2021
18:05
2008

Yeddi saatlıq mübarizədə Azərbaycan komandası qələbə qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizin kiberidman klubu - GMT Esports Avropa Turnirində parlaq çıxış etməklə qalib gəlib. GMT Esports Portuqaliyadan olan rəqiblərini məğlub etməklə qitə turnirinin çempionu olub (VALORANT Circuito de Elite). Yeddi saat davam edən finalda kiberidman komandamız möhtəşəm əzmkarlıq və yüksək səviyyədə peşəkarlıq nümayiş etdirib.

Qeyd edək ki, təmsilçimiz əvvəlki mərhələdə reytinqə görə Avropanın TOP-10-una daxil olan – “One Breath Gaming”i (Böyük Britaniya) məğlub etməklə Azərbaycan kiberidman həvəskarlarını sevindirib. Avropa turnirinin mükafat fondu 11 min avro təşkil edib.

GMT Esports - Qız Qalasının Mühafizəçiləri beynəlxalq turnirlərdə fəal iştirak edərək Azərbaycan idmanını tanıdan kiberidman komandasıdır.

Təşkilat haqqında ətraflı məlumatı onun sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə etmək olar: “Facebook”, “Instagram” və “Twitter”.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri