Dek
2021
17:49
96
35
1774
Virtual karabakh

“MS Oil”lərin sayı 7-yə çatdı: Bu dəfə Zabratda - FOTO

3 Dek, 2021
17:49
1774

“MS Oil”lərin sayı 7-yə çatdı: Bu dəfə Zabratda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonu, Zabrat qəsəbəsində “MSDIS Holding”ə məxsus ən yüksək standartlara cavab verən “MS Oil” yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub. Bununla da Bakıda “MS Oil”lərin sayı 7-yə çatıb.

“MSDIS Holding”in rəhbəri Mirfəyyaz Nağıyev, şirkət nümayəndələri və qonaqların iştirak etdiyi tədbirin əvvəlində “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı baş verən təyyarə qəzası nəticəsində şəhid olan 14 nəfər hərbçinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ardınca dövlət himni səsləndirilib, sayca 7-cı “MS OİL YDM”nin açılışını bildirən rəmzi qırmızı lent və tort kəsilib.

Qeyd edək ki, Zabrat qəsəbəsindəki “MS Oil”də 25 nəfər əməkdaş çalışır. “MS Oil”in fəaliyyət sahələrini benzin, dizel və qaz yanacağının satışı təşkil edir. Bundan əlavə, YDM-in ərazisində avtoyuma xidməti və market də fəaliyyət göstərir.

Bundan əlavə, yeni istifadəyə verilən bütün “MS Oil” YDM-lərdə həmçinin “Şanslı oil” lotereyası oynanılır. Dekabrın 15-nə qədər davam edəcək lotereyada hər 25 AZN dəyərində yanacaq dolduran müştərilər 2 “Khazar” avtomobili, 2 kvadrosikl, 12 televizor, 12 smartfon, 12 paltaryuyan maşın və 150-dən çox “MS Oil” hədiyyə kartı qazanmaq şansı əldə edəcəklər.

Bundan əlavə, “MS Oil” YDM-in bonus, balans və hədiyyə kartları da mövcuddur.

Xatırladaq ki, “MS Oil”in filialları aşağıdakı ünvanlarda yerləşir.

MS Oil 1: Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi;
MS Oil 2: Xırdalan qəsəbəsi, Bakı-Quba yolunun 12-ci kilometrliyi;
MS Oil 3: Koroğlu Rəhimov küçəsi, 65;
MS Oil 4: Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 8;
MS Oil 5: Bakı şəhəri, Salyan şosesi 13 km;
MS Oil 6: Xırdalan şəhəri, Masazır dairəsi.
MS Oil 7: Sabunçu rayonu, Zabrat qəsəbəsi

Sosial şəbəkə ünvanları:

MS Oil: “Facebook

MS Oil: “Instagram”

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri