Dek
2021
18:30
39
256
1407
Virtual karabakh

“Bravo” iki dövlət qurumundan təşəkkürnamə aldı - FOTO

3 Dek, 2021
18:30
1407

“Bravo” iki dövlət qurumundan təşəkkürnamə aldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sürətlə böyüməyə davam edən “Bravo” marketlər şəbəkəsi Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən işsizliyin aradan qaldırılması və məşğulluğun təminatı istiqamətində keçirilən tədbirlər çərçivəsində əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası, bununla onların rifahı naminə aparılan dövlət siyasətinə sosial məsuliyyət prinsipi ilə yaxından dəstək olduğuna görə təşəkkürnamə ilə təltif edilib. 

Təşəkkürnaməni Azərbaycan Supermarket MMC adından İnsan Resursları və İnzibati İşlər departamentinin rəhbəri Mirsübhan Mirzəliyev qəbul edib.

“Bravo” ilk dəfə 2016-cı ildə “Ganjlik Mall”da fəaliyyətə başlayıb. İlk günlərdən əla qiymət, geniş çeşid və xidmət keyfiyyəti ilə seçilərək əhalinin rəğbətini qazanan marketlər şəbəkəsi son 5 il ərzində sürətlə böyüyərək bu gün Əhmədli qəsəbəsi, “Koroğlu” m/s və “20 yanvar” m/s ərazisində yerləşən 3 hipermarket, 18 superstor, 15 böyük və 24 kiçik supermarket, 28 kiçik formatlı market ilə fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri