Dek
2021
09:30
181
23
2200
Virtual karabakh

Yüksək dozalı vitamin C koronavirusdan sağalma sürətini kəskin artırır

8 Dek, 2021
09:30
2200

Yüksək dozalı vitamin C koronavirusdan sağalma sürətini kəskin artırır

COVID-19-a yoluxma halları hələ də davam edir. Həm böyüklər, həm də uşaqlar arasında ağırlaşmalara rast gəlinir. Koronavirus hələ də can almağa davam edir. Ağırlaşmaların qarşısını almaq üçün müxtəlif müalicələr aparılır.

Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri bildiriblər ki, yüksək dozalı vitamin C insanı COVID-19-un ağırlaşmasından qoruya bilər. Alimlər qeyd edirlər ki, COVID-19-da yüksək dozalı vitamin C-nin qəbulu sağalma sürətini 70 % artırır: qanda oksigenin səviyyəsi yüksəlir və iltihab markerləri azalır.

12 klinik tədqiqatın nəzərdən keçirilməsi nəticəsində məlum oldu ki, C vitamininin tətbiqi qanda oksigen səviyyəsini artıra, iltihabı yatıra və hospitalizasiya müddətini qısalda bilər.

12 tədqiqatdan birinin müəllifləri belə nəticəyə gəliblər ki, C vitamini plasebo ilə müqayisədə koronavirusdan sağalma sürətini 70 % artırıb.

Otaqo Universitetindəki tədqiqatın həmmüəllifi Anitra Karr bildirib ki, ağır xəstələrə gündə 6-24 qram vitamin C-nin tətbiqi faydalı olub: “Sağ qalma ehtimalını artırdı, xəstəxanada qalma müddətini azaltdı, oksigenləşməni yaxşılaşdırdı və iltihabın əlamətlərini azaltdı”.

İcmala görə, COVID-19 xəstələrinin 80 %-nin qanında C vitamini səviyyəsi aşağıdır, buna görə yüksək dozalı vitamin C bu çatışmazlığı aradan qaldıra bilər.

Həkim Markela Vizkaiçipi isə xəstələrin C vitamini səviyyəsinin yoxlanmasının vacibliyini qeyd edib:

“Həmişə elektrolitlərin, mikroelementlərin və vitaminlərin, o cümlədən C və D vitaminlərinin yetərli səviyyədə olmasına diqqət yetirilməlidir. Bu, klinik təcrübənin standartına çevrilməlidir”.

İcmalda, həmçinin yüksək dozalı C vitamininin şiddətli COVID-19-un inkişafının qarşısını almağa kömək edə biləcəyi ehtimal edildi.

Azərbaycanda dövlət qeydiyyatından keçmiş C vitamininin ən yüksək dozalı preparatı “Pascorbin”dir (7,5qr \ 50 ml).

“Planeta” Apteklər Şəbəkəsi

Yüksəkdozalı Vitamin C: ən zəngin elmi sübutlu bazası olan antioksidant tibbi və bioloji nəşrlərin ingilisdilli mətn məlumat bazası olan PubMed-dəhttps://www.nutraceuticalbusinessreview.com/news/article_page/Study_review_suggests_vitamin_C_may_improve_COVID_outcomes/180307

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri