24 
Dek
2021
17:16
120
38
1963
Virtual karabakh

aplus supermarket Masazır qəsəbəsində - FOTO

Bu gün Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, 9 ünvanında növbəti aplus supermarketin açılışı olub.

Açılışda qəsəbə sakinləri, şəbəkənin Baş ofisinin əməkdaşları, eləcə də, partnyor şirkətlərin nümayəndələri iştirak ediblər. Açılış münasibətilə alıcılara çoxsaylı hədiyyəli bağlamalar, endirimli məhsullar təqdim olunub.

Açılış lentini kəsən, “AQRO-VEST RETAİL” MMC-nin nümayəndəsi, aplus mağazalar şəbəkəsinin satış müdiri Cavidan Quluzadə, bu açılışın qəsəbə əhalisi üçün mühüm hadisə olacağına inandığını bildirib: “Yeni açılan mağazamızda 50-dən çox insan daimi iş yeri ilə təmin olunub ki, bunun da əksər hissəsi qəsəbə əhalisidir. Xüsusilə qeyd etmək istərdim ki, işə qəbul olunanların mütləq əksəriyyəti gənclərdir. Bu da gənclərin məşğulluğunun təşkil olunması yolunda atılmış müsbət addımdır. Nəzərə alsaq ki, şəbəkəmiz inkişaf etdikcə daha professional əməkdaşlara ehtiyacımız artacaq, asanlıqla deyə bilərik ki, bu gün burda işə götürülən əməkdaşlar inkişaf edərək, gələcəkdə özlərinə daha yaxşı karyera qura biləcəklər.

Bundan başqa, yeni mağazamızın açılışı qəsəbədə rəqabət mühitini daha da şəffaflaşdıracaq ki, bu da xidmət səviyyəsinin yüksəlməsinə və əhalinin daha sərfəli şərtlərlə gündəlik tələbat məhsulları əldə etməsinə şərait yaradacaqdır.

Sonda qeyd edim ki, mağazamızda müştərilərə rahat seçim üçün xüsusi şərait yaradılıb. Belə ki mağazamızda iyirmi mindən çox məhsul var. Açılış və yeni il münasibətilə müştərilər çox saylı hədiyyəli bağlama və endirimlərdən yararlana bilərlər. Bu tip aktivliklərimiz daimi olaraq təşkil ediləcəkdir. Əziz müştərilərimiz mağazamızda hər zaman sərfəli və zövqlü alış -veriş edə bilərlər”.

“AQRO-VEST RETAİL” MMC 2020–ci ildə yaradılıb. Hal-hazırda Bakı şəhərində şəbəkəyə məxsus 5 aplus market fəaliyyət göstərir. 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri