30 
Dek
2021
12:52
41
66
1215
Virtual karabakh

“Bank BTB”dən “Mastercard”la “Hyundai Accent” qazan!” adlı lotereyanın qalibi seçildi

İyulun 1-dən start verilən “Bank BTB”dən “Mastercard”la “Hyundai Accent” qazan!” adlı lotereyanın şanslı qalibi 27 dekabr tarixində bəlli oldu. Lotereya şərtlərinə əsasən seçim prosesi 5 komissiya üzvünün iştirakı ilə həyata keçirildi. Komissiya üzvləri Fərid İslamov - Banco.az saytının təsisçisi, Zakir Rəhimli – “Sia” agentliyində şöbə rəhbəri, Emin Yusufov - KKM Group şirkətinin direktoru, Təhminə Quliyeva – ABA-da ( Azərbaycan Banklar Assosiasiyası) layihələr üzrə mütəxəssis və Elçin Qurbanov – “Pro Media Group” şirkətinin satış mütəxəssisi idi. Tədbirdə bankın İdarə Heyəti üzvləri və Rəqəmsal departamentinin əməkdaşları da iştirak edirdi.

Lotereyanın qalibi xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim üsulu ilə sosial şəbəkədə canlı yayımda seçildi. Belə ki, qalibimiz 1991-ci il təvəllüdlü Yevlax rayon sakini Abdulla Elgün Qəzənfər oğlu oldu. Qeyd edək ki, 01.07.2021-01.12.2021 tarixləri aralığında “Bank BTB” “Mastercard”ı ilə hər 21 AZN və ondan yuxarı məbləğdə edilmiş ödəniş müştərilərə avtomobili qazanmaq şansı vermişdi.

“Bank BTB”nin təşkil etdiyi lotereya və digər kampaniyalar barədə məlumat almaq istəyən şəxslər bankın onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri