Yan
2022
16:05
168
31
6279
Virtual karabakh

Qışda Naxçıvana getməyiniz üçün daha bir səbəb: “Ağbulaq” Xizək Mərkəzi qiymətləri ilə sizi məmnun edəcək

7 Yan, 2022
16:05
6279

Qışda Naxçıvana getməyiniz üçün daha bir səbəb: “Ağbulaq” Xizək Mərkəzi qiymətləri ilə sizi məmnun edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən “Ağbulaq” Xizək Mərkəzində uzunluğu 1580, eni 30 metr olan böyük xizək sürüşmə zolağı, kanat, əyləncə və uşaq parkları, “Climbing Wall” (divara dırmanma) və konveyer xətləri quraşdırılmışdır. Mərkəzdə hər ölçüyə uyğun xizək ləvazimatlarının kirayəsi də var. Həmçinin peşəkar xizək mütəxəssisləri tərəfindən xizək və snoubord sürmə təlimləri də keçirilir. Qar motoru turları ilə Naxçıvanın qarlı dağlarında tur da qonaqların sevdiyi xidmətdir.

“Ağbulaq” Xizək Mərkəzində turistlərin qonaqlaması üçün hoteldə standart otaqlar və xüsusi kotteclər, restoran və kafelər fəaliyyət göstərir.

Qiymətlər isə gələn turistləri daha da sevindirir. Belə ki, “Ağbulaq” Xizək Mərkəzində xizək dəst geyimi - 15 manat, kanatdan istifadə və uşaqlar üçün kirşə qiyməti isə sadəcə 5 manatdır.

Hər kəsin cibinə və zövqünə uyğun restoranlarda milli və Avropa təamları, müxtəlif nöqtələrdə quraşdırılmış “Barbecue” yemək çadırlarında isti yeməklər və isti çaxır, hər büdcəyə uyğun qonaqlama imkanları Naxçıvan Muxtar Respublikasına gələn xarici və yerli turistləri çox məmnun edir.

“Ağbulaq” turistlərin əylənməsi üçün müntəzəm olaraq tədbirlər təşkil edir. Belə ki, 13 yanvar saat 18:00-da “Ağbulaq”da məşhur estrada ulduzları Zamiq Hüseynov və Sevda Yəyhayevanın da iştirak edəcəyi “White Show”un qışın ən əyləncəli tədbirlərindən biri olacağı gözlənilir.

“Ağbulaq” Xizək Mərkəzinə gəlmək istəyənlər müxtəlif tur paketlərindən və ailələr üçün olan endirimlərdən də yararlana bilərlər.

Daha ətraflı məlumat üçün www.agbulaq.com saytından, agbulaq_ski_center “Instagram” səhifəsindən və aşağıda qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz:

+994602040054

+994602040154

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri