10 
Yan
2022
10:00
122
17
2368
Virtual karabakh

Qadınlarda xərçəng xəstəliyinin müalicəsi üçün müasir texnologiyalar - FOTO

10 Yan, 2022
10:00
2368

Qadınlarda xərçəng xəstəliyinin müalicəsi üçün müasir texnologiyalar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə 185 ölkədən 1,4 milyon qadına ginekoloji xərçəng diaqnozu qoyulub (GLOBOCAN statistikası). Ən çox rast gəlinənlər isə uşaqlıq, uşaqlıq boynu və yumurtalıqların xərçəngləridir. Xəstəliyin vaxtında aşkarlanması üçün müasir diaqnostik üsullardan istifadə etməklə mütəmadi olaraq tibbi müayinədən keçmək çox vacibdir. Türkiyənin “Acıbadem” klinikasının ginekologiya və mamalıq üzrə aparıcı mütəxəssisi, professor Faruk Abike laparoskopik və robotik cərrahiyyə, kimyaterapiya və radioterapiyadan istifadə etməklə müalicənin effektivliyindən danışır. Bununla belə, xəstələrin məlumatlandırılması hələ də xərçəngə qarşı ən güclü silahdır. Həkim qadınlar üçün vacib məsləhətləri bölüşür:

Ginekoloji xərçəngin ilkin əlamətlərini unutmayın!

Hər bir qadın ginekoloji xərçəngə tutula bilər. Risk yaşla artır və buna irsiyyət, pis vərdişlər və piylənmə kömək edə bilər. Bəzi xərçəng növlərinin spesifik risk faktorları var. Bu xəstəliyin yaranmasına həmçinin həyat tərzi və ekologiya yol aça bilər.

Doktor Faruk Abike müntəzəm olaraq skrininq və ginekoloji müayinələrin vacibliyini xatırladır. Qadınlar xəbərdarlıq əlamətlərinə diqqət yetirməlidirlər: qeyri-adi axıntı, çanaq nahiyəsində ağrı, nizamsız menstruasiya, cinsi əlaqədən sonra ağrı və ya qanaxma, qarın nahiyəsində şişkinlik. Əgər bu əlamətlər aşkar edilərsə, təcili olaraq həkimə müraciət etmək lazımdır.

Əgər sizi bir şey narahat edirsə, hərəkətə keçin!

Qadınlar öz sağlamlıqlarına diqqət etməlidirlər. Adətən ginekoloji xərçəng sürətlə inkişaf etmiş mərhələlərdə, müalicə variantları məhdud olduqda və nəticələri proqnozlaşdırmaq çətin olduqda aşkar edilir. Xəstəliyin asemptomatik olduğuna inanılır. Amma əslində, müntəzəm olaraq planlaşdırılmış müayinə və analizlərlə, hətta ən kiçik dəyişikliklərlə də həkim xərçəng təhlükəsini aşkar edə bilir. Professor bildirib ki, bu cür xəstəliklər erkən müalicəyə yaxşı cavab verir.

Ginekoloji Onkologiyada irəliləyişlər 

20 il əvvəl ginekoloji xərçəngin müalicəsi böyük kəsiklər (25 sm), uzun müddət xəstəxanada qalma, bol qan itkisi, yüksək infeksiya riski, ağrı və zəif kosmetik təsir ilə müşayiət olunurdu. Ginekoloqun sözlərinə görə, hazırda yüksək keyfiyyətli vizualizasiyaya malik minimal invaziv üsullardan - yüksək nəticə və xəstə rahatlığını təmin edən laparoskopiya və robotik cərrahiyyə istifadə olunur. Bu, dərhal əlavə kimyaterapiya və ya radiasiya terapiyasından istifadə etməyə imkan verir.

Həkim qeyd edir: “Acıbadem” radiasiya terapiyası, kimyaterapiya və immunoterapiya sahəsində ən son texnologiyalara çıxışa malikdir. Xərçəng hüceyrələrini sağlam hüceyrələrdən ayıra bilən ağıllı dərmanlar da istifadə olunur. Həkimlərimizin təcrübəsi, radiasiyaya məruz qalmanın xəstəyə təsirini minimuma endirmək, şiş toxumalarını maksimum dəqiqliklə hədəfləmək üçün ağıllı cihazlardan səmərəli istifadə etməyə imkan verir.

Yüksək keyfiyyətli qulluq

Sübut edilib ki, multidissiplinar komandaları olan tibb mərkəzlərində xərçənglə mübarizədə effektivlik daha yüksəkdir. Buna ən son avadanlıq, infrastruktur, təcrübə, komanda yanaşması və qabaqcıl müalicələrə çıxış kömək edir. Professor qeyd edir: “Cərrahlar, ginekoloqlar, onkoloqlar, radioterapevtlər, ginekopatoloqlar və tibb bacılarından ibarət bütün tibbi heyət dünyada istifadə olunan ən son texnologiya və cihazlarla işləmək bacarığına malikdir. “Acıbadem”də qüsursuz gigiyena, sterilizasiya və təhlükəsizlik tədbirləri sayəsində çirklənmə riski yoxdur. Rahat bir mühit stress səviyyələrini azaldır və xəstələr və onların ailələrini evdəki kimi hiss etdirir.

Həkimi nə xoşbəxt edir?

Həkim 25 yaşlı endometrioid yumurtalıq karsinoması olan xəstənin hekayəsini bölüşüb: “Gənc bir qadına laparoskopik fertilliyin qorunması əməliyyatı, bir yumurtalığın götürülməsi və kimyaterapiya tələb olunurdu. Əməliyyatdan bir il sonra o, ailə qurdu və iki il sonra - mən ona ekstrakorporal mayalanma üsulunu tətbiq etdim və doğuşunu qəbul etdim. “Acıbadem”də işlədiyimə və xəstələrə kömək edə bildiyimə görə çox xoşbəxtəm”.

Qeyd edək ki, “Acıbadem” klinikasının Bakı nümayəndəliyinin xəstələrin  məsləhət alması və müalicəsi üçün Türkiyəyə getməsində köməklik edəcəyi ofisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 36 ünvanında yerləşir.

Tel.: +994 12 595 96 81.

Eləcədə, veb saytdan və ya rəsmi nümayəndəlikdən bir ərizə göndərərək “Acıbadem”in aparıcı həkimlərindən müstəqil bir konsultasiya ala bilərsiniz: http://www.acibadem.com.az/

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri