11 
Yan
2022
15:00
93
22
1491
Virtual karabakh

“R-Pharm” SC-nin Azərbaycandakı əczaçılıq zavodu “DİABETON MR”in ilk partiyasını istehsal edib - VİDEO

11 Yan, 2022
15:00
1491

“R-Pharm” SC-nin Azərbaycandakı əczaçılıq zavodu “DİABETON MR”in ilk partiyasını istehsal edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “R-Pharm” Şirkətlər Qrupunun əczaçılıq kompleksi şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının ilk partiyasının buraxıldığını bəyan edib.

Birinci partiyanın həcmi təxminən 200 min qutu təşkil edir. Cari ilin I kvartalın sonuna qədər daha 300 min qutunun istehsalı planlaşdırılır. İstehsal olunan dərman preparatının ilk partiyası artıq distribusiya üçün göndərilib.

Xatırladaq ki, 2021-ci ilin yayında “R-Pharm” MMC (“R-Pharm” Şirkətlər Qrupuna daxildir) və Beynəlxalq müstəqil əczaçılıq qrupu “Servier” Azərbaycanda sosial əhəmiyyətli xəstəliklərin müalicəsi üçün preparatların lokalizasiyası sahəsində tərəfdaşlığın genişləndirildiyini elan ediblər.

Tərəflər “R-Pharm” zavodunda şəkərli diabetin fəsadlarının profilaktikası üçün Diabeton® MR (qliklazid) preparatının istehsalının lokalizasiyasını, həmçinin ölkədə bu məhsulun kommersiyalaşdırılması üçün nəzərdə tutan müvafiq saziş imzalayıblar.

Beşillik müqavilənin şərtlərinə əsasən, zavod ildə təxminən 1 milyon qutu dərman vasitəsi istehsal edəcək.

Azərbaycanda xarici əczaçılıq şirkətlərinin preparatların istehsalının lokalizasiyası respublikada yaşayan xəstələr üçün innovativ dərmanlarla müalicəni daha əlçatan edəcək, eyni zamanda uzunmüddətli perspektivdə bu dərmanların qiymətlərinin azalmasına imkan yaradacaq. 

Bu hadisəni şərh edən “R-Pharm” SC-nin Azərbaycandakı Nümayəndəliyinin direktoru və “R-Pharm” zavodunun baş direktoru Natalya Badanina qeyd etdi ki, Azərbaycanda pasiyentlər üçün innovativ dərman vasitələrinin əlçatanlığının təmini, zavod üçün birinci dərəcəli məsələdir:

“Diabeton” preparatının lokallaşdırılması ölkədə 2 tip şəkərli diabetə qarşı mübarizədə yeni addım atmağa imkan verəcək və xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Biz şadıq ki, biz birlikdə vətəndaşlarımızın müalicəsinə və tibbi xidmətin yaxşılaşdırılmasına öz töhfəmizi veririk”.  

Diabeton® MR məhsulu haqqında:

Diabeton (qliklazid) sulfanil sidik cövhəri sinfinə daxil olan peroral qlükoza azaldıcı dərman vasitəsidir və 40 ildən artıqdır ki, insulindən asılı şəkərli diabetin (2-ci tip şəkərli diabetin) müalicəsində istifadə olunmaqdadır. Bu dərman vasitəsi yetkin yaşlı 2-ci tip şəkərli diabet xəstələrində pəhriz terapiyası, fiziki aktivlik və bədən kütləsinin azalması qlikemiyaya nəzarət üçün kifayət etmədikdə və diabetin ağırlaşmalarının profilaktikası zamanı göstərilir.  

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri