14 
Yan
2022
17:33
308
37
5780
Virtual karabakh

“Buta Airways” aviaşirkəti bütün reyslərdə aviabiletlərin qiymətini 29 avroya endirib

14 Yan, 2022
17:33
5780

“Buta Airways” aviaşirkəti bütün reyslərdə aviabiletlərin qiymətini 29 avroya endirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 Bakı - Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkəti qiyməti 29 avrodan başlayan “Büdcə” tarifi ilə aviabilet əldə etmək imkanını bərpa edib. 

Bu barədə  “Buta Airways” aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu tarif koronavirus pandemiyasının aktiv fazasında müvəqqəti olaraq mövcud deyildi.

“Büdcə” tarifi üzrə aviabiletləri əvvəlki kimi yalnız aviaşirkətin www.butaairways.az rəsmi saytından əldə etmək olar. Bu tarifdə baqajın pulsuz daşınması nəzərdə tutulmayıb. Lakin hava limanında uçuşa qeydiyyat aviadaşıyıcının digər tariflərində olduğu kimi pulsuz həyata keçiriləcəkdir. Təyyarənin salonunda yer seçimi aviaşirkətin hər üç tarifində ödənişli xidmət kimi təklif olunur.

 “Büdcə” tarifi “Buta Airways” aviaşirkətinin bütün xüsusi reyslərində qüvvədədir. Aviaşirkətin marşrut şəbəkəsinə İstanbul, Alanya, İzmir, Ankara, Moskva (“Jukovski” hava limanı), Ufa, Kazan, Həştərxan, Kiyev, Tbilisi, Ər-Riyad, Dammam kimi istiqamətlər daxildir.

“Büdcə” tarifi çərçivəsində aşağıdakı ləvazimatların təyyarənin salonunda pulsuz daşınmasına icazə verilir:

• Ölçüləri 30x35x10sm-dən artıq olmayaraq şəxsi əşyalar üçün kiçik çanta və ya kamera çantası və portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);

• Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);

• Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);

• Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır);

• Fiziki imkanları məhdud olan sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa;

• Çətir və uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar.

Həmçinin, aviadaşıyıcının xüsusi reyslərində “Büdcə” tarifindən başqa, müvafiq olaraq 10 kq və 23 kq qeydiyyatdan keçirilən baqajın daşınması daxil olmaqla, “Standart” və “Super” tarifləri üzrə aviabiletlər əldə etmək imkanı təklif olunur.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri