24 
Yan
2022
11:50
19
96
769
Virtual karabakh

“Bank BTB” 2021-ci ili mənfəətlə başa vurdu

24 Yan, 2022
11:50
769

“Bank BTB” 2021-ci ili mənfəətlə başa vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bank BTB” 2021-ci ilin yekun nəticələrini açıqladı. İli uğurla bitirən bankın xalis mənfəəti 545.75 min manat təşkil edib. Bankın cəmi balans kapitalında keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib. Belə ki, 2020-ci ilin yekunu ilə müqayisədə bankın məcmu kapitalı 2 % artaraq 53 562.99 min  AZN-ə yüksəlib.

“Bank BTB” 2021-ci il ərzində kredit portfelini 19 % artıraraq, 262 067.75 min manata çatdırıb.

Kiçik və orta biznesin inkişafına daima xüsusi önəm verən “Bank BTB”, 2021-ci il ərzində də sahibkarlara dəstək göstərərək, müxtəlif sahibkarlıq subyektlərinə 27 287.26 min manat məbləğində, 1 100-dən çox kredit verib.

2021-ci il ərzində bankın depozit portfeli 128 866.59 min manata çatmış, ötən il ilə müqayisədə 32 % artım əldə edilib.

Müştəri portfelini genişləndirən “Bank BTB” 2021-ci il ərzində fiziki şəxs müştərilərinin sayında 2 % artıma nail olub.

Bankın əsas dayanıqlıq göstəricilərindən olan məcmu kapitalın adekvatlıq əmsalı 23.73 % təşkil edir ki, bu da təyin olunmuş normadan (10 %-dən) təxmini 2 dəfəyədək yüksəkdir. Müvafiq dövr ərzində I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 22.69 %-ə çatıb. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin minimal tələbindən (5 %-dən) 4 dəfəyədək daha dayanıqlıdır.

 Qeyd edək ki, “Bank BTB” 2010-cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətləri göstərir.

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq istəyən şəxslər Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən xidmət şəbəkələrinə, onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bankın məhsul və kampaniyaları haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə etmək mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri