25 
Yan
2022
10:15
25
94
1629
Virtual karabakh

“OBA”nın “Şanslı qonşu” lotereyasının bitməsinə 5 gün qaldı

25 Yan, 2022
10:15
1629

“OBA”nın “Şanslı qonşu” lotereyasının bitməsinə 5 gün qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müştərilərinə yüksək keyfiyyətli xidmətlə yaxın qonşu olan “OBA” marketlər şəbəkəsinin 5 illik fəaliyyəti dövründə ilk dəfə həyata keçirdiyi “Şanslı qonşu” lotereyasının bitməsinə 5 gün qalıb.

18 oktyabr – 29 yanvar tarixlərini əhatə edən lotereyanın finalı fevralın 12-də “Xəzər” televiziyasının canlı efirində yayımlanacaq. 

Final günü “OBA”nın şanslı qonşuları 2021-ci ilin istehsalı olan 5 “Kia Rio” avtomobili, 5 nəfərə Bakı-İstanbul-Bakı səyahət paketi, hər biri 5 ədəd olmaqla soyuducu, qabyuyan, kondisioner, televizor, paltaryuyan, mobil telefon, planşet və 500 AZN-lik “OBA” hədiyyə kartları qazanacaqlar.

Qeyd edək ki, lotereyanın qaliblərinin seçilməsi zamanı bütün lotereya fondu üzrə bir lotereya nömrəsi yalnız bir dəfə qalib ola bilər. Lotereya nömrəsini ikinci dəfə lototrondan təsadüfi seçilməsi zamanı uduş nəzərə alınmayıb növbəti təsadüfi seçim həyata keçiriləcək.

Qaliblərin məlumatlarının qəbulu müddəti uduş fondunun oynanıldığı tarixdən etibarən 7 iş günündən gec olmayaraq başlanılır və 90 iş günü ərzində davam edir. 

Xatırladaq ki, lotereyanın iştirak qaydalarına əsasən 18 yaşına çatmış hər kəs “OBA Market” mobil tətbiqini yükləyərək iştirakını təsdiqləyə bilər. 

Müştərilər hər 10 AZN-lik alış-verişdə 1 şans qazanaraq lotereyaya qoşulub möhtəşəm hədiyyələrin sahibi olmaq imkanı əldə edirlər.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1000-dən çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Elimizin hər yanı, “OBA”mızın ünvanı!

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri