26 
Yan
2022
14:44
38
151
5345
Virtual karabakh

İlin ən böyük inşaat xəbəri - FOTO

26 Yan, 2022
14:44
5345

İlin ən böyük inşaat xəbəri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tam yeni, müasir inşaat həlləri təklif edən “Retaş” inşaat marketin açılış mərasimi baş tutub.

Açılış mərasimində ölkənin ən tanınmış memar-dizaynerləri, iri inşaat şirkətlərinin nümayəndələri və inşaat sahəsində öz sözünü demiş aparıcı mütəxəssislər iştirak edib. Açılış nitqində “Retaş” markasının yaradıcılarından Arif Məmmədov inşaat marketin ölkənin inşaat bazarına yeni bir nəfəs gətirəcəyini vurğulayıb.

Qeyd edilib ki, bu inşaat marketdə ziyarətçilər arzu etdikləri inşaat materiallarının ən yaxşılarını əldə edəcəklər. “Retaş” inşaat marketdə hər biri öz sahəsində lider olan markalar son
istehlakçıya təqdim olunur.

Nəzərinizə çatdıraq ki, bu inşaat market Bakıda fəaliyyətə başlayan ilk dükan olsa da, bu il ərzində ölkənin digər şəhərlərində də filialları açılacaq. Bununla da, “Retaş” inşaatda yeni cığır açmağı planlayır. “Retaş” inşaat marketdə satışı həyata keçirilən bir çox məhsul koteqoriyaları var:

İnşaat boyaları, sənaye boyaları, epoksi boyalar, mebel boyaları, laklar, dolğular, sement əsaslı quru inşaat qarışıqları, gips əsaslı məhsullar, keramoqranitlər, kafellər, metlaxlar, santexnika məhsulları, elektrik avadanlıqları, isitmə sistemləri, xırdavatlar və s.

Boya alıcıları üçün “Retaş”da marketdən ayrılmadan bir neçə dəqiqəyə istədikləri rəngdə boyanı əldə etmək imkanı var. Bunun üçün ən müasir rəngləndirmə aparatı və mütəxəssislər marketdə xidmətinizdə olacaqdır.

“Retaş”ın üstünlüklərindən biri odur ki, ilk yerli keramoqranit markası olan “NB Ceramic” məhsullarının eksklüziv satış hüququna malikdir. Burada siz 21-ci əsrin inşaat möcüzəsi hesab olunan Azərbaycan keramoqranitinin ən geniş çeşidi ilə qarşılaşacaqsınız. Seçilən keramoqranitlərin məkanınıza uyğun yerləşdirməsini professional dizaynerlər həyata keçirəcək.

“Retaş” ona görə unikaldır ki, inşaatın ən müxtəlif mərhələlərində, qaba inşaatdan son dizayn toxunuşuna qədər bütün materiallar birinci əldən son istehlakçıya təqdim edilir.

“Retaş”a gəlməklə siz inamla, tam rahat, güvənli gələcəyi özünüz inşa edəcəksiniz. İnşaat marketdə yaradılmış müsbət aura sizi pozitivə kökləyəcək.

Ünvan: Azadlıq prospekti 163

Əlaqə nömrəsi: +99412 562 17 47

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri