28 
Fev
2022
13:14
44
145
3241
Virtual karabakh

“Xaç atası” 50 il sonra “CinemaPlus”da - FOTO/VİDEO

28 Fev, 2022
13:14
3241

“Xaç atası” 50 il sonra “CinemaPlus”da - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Xaç atası” ilk filminin 50 illik yubileyi şərəfinə Frensis Ford Koppolanın kriminal saqanın unudulmaz və möhtəşəm tədbiri keçirilib. “Xaç atası” ən yaxşı film, ən yaxşı kişi rolu (Marlon Brando), ən yaxşı uyğunlaşdırılmış ssenari üzrə Oskar Mükafatını qazandı və 1972-ci ilin ən çox gəlir gətirən filmi oldu. Bu, həqiqətən də bütün zamanların ən dahi aktyor heyəti ilə kinematoqrafiyanın kult əsəridir.

“Xaç atası” filmində əsas rolları Al Paçino, Marlon Brando, Ceyms Kaan, Dayan Kiton, Taliya Şayr, Riçard Kastellano və başqaları oynayıblar.

Kinolent bərpa olunmuş versiyada təqdim olunur: buna üç il vaxt sərf olunub. Bu müddət ərzində trilogiyada hər bir kadra ən yaxşı təsviri tapmaq üçün 300 qutu kinoplyonka araşdırıldı. Ustalar neqativlərdən ləkələri aradan qaldırmaq və rəngi bərpa etmək üçün minlərlə saat sərf ediblər.

Tanınmış event-şirkəti “Orli” tədbirin sadiq pərəstişkarlarını ən yaxşı filmlərdən birinin inanılmaz ab-havasına qərq etdi.

Qonaqları Rzayeva Kübranın rəhbərlik etdiyi opera kvartet qarşılayıb.

Şou-biznes ulduzlarını, jurnalistləri, bloggerləri, sahibkarları və iri təşkilat rəhbərlərini aparıcı Elvin Mərdanov salamlayıb. Tədbirin yaddaqalan hissəsi tarda “Xaç atası”nın melodiyasını ifa edən Əli Əsgər Məmmədovun çıxışı oldu. Gecədə gözəl tanqo rəqsi ifa edən Fərid Mehdiyev və Diana Batakova da iştirak ediblər.

Tədbirin təşkilində “Brand Media Groups”, “Orli” event şirkəti, “The Story Baku” restoranı, “Light in Black” kreativ şirkəti, “Savalan Winery” şirkəti, “Magic Mirror”, “Harmony Dance Studio by Farid Mehdiyev”, “Azeri Express”, “Bizon” və “Şeh Su” dəstək göstəriblər.

Dünya kinosunun ən yaxşı filmlərindən biri “Xaç atası. Filmin 50illiyi” fevralın 24-dən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri