Mar
2022
15:10
5
98
854
Virtual karabakh

Ladies In Hospitality – Güclü və incələr Beynəlxalq Qadınlar Günündə

9 Mar, 2022
15:10
854

Ladies In Hospitality – Güclü və incələr Beynəlxalq Qadınlar Günündə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Park Inn by Radisson Baku Hotel” aparıcı sənaye peşəkarlarını, gözəl və ruhlandırıcı qadınları yüngül səhər yeməyinə bir araya gətirmək qərarına gəlib. 

Tədbir hotelin bütün şəhərə və Xəzər dənizinə heyrətamiz panoraması olan lüks apartamentlərinin birində keçirilib. 

Kiçik otaq turundan sonra qonaqları “Park Inn by Radisson Baku Hotel”-nin baş direktoru Nadin Fernbaxer salamlayıb. O, çıxışında qeyd edib: 

“Radisson Hotel Group hər zaman qadınların turizm sənayesində inkişafı, gənc nəslin imkanlarının genişləndirilməsi və onların arzularına dəstək üçün çalışır. Bizim üçün əsas məqsəd yüksək vəzifələrdə qadınların təmsil olunmasını artırmaq, qadınların öz karyeraları haqqında açıq danışmasına mane olan amillərin aradan qaldırmaq və qadın liderlərinin fərdi güclərindən istifadə etməklə balanslaşdırılmış liderliyə nail olmaqdır”. 

Qonaqları öz növbəsində hotelin baş aşpazı da salamlayaraq xüsusi olaraq bu tədbir üçün hazırlanan menyu haqqında ətraflı məlumat verib və bayram münasibətilə təbrik edib. Qonaqlar arasında Azərbaycan Hotellər Assosiasiyasının baş katibi Günay Sağlam, Azərbaycan Turizm Bürosunun Brend və Marketinq Direktoru Fidan Əliyeva, Azərbaycan Turizm Bürosunun şöbə müdiri Mehriban Davudova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Hüquq, İnsan Resursları və İnformasiya şöbəsinin müdiri Ceyran Əliyeva, Azərbaycan Səyahət Bloqçuları Assosiasiyasının baş katibi İradə İbrahimova və “Park İnn by Radisson Baku Hotel”nin kommersiya üzrə direktoru Nigar Nəsirova yer alıblar. 

Qonaqlar ləzzətli yeməklərdən və yüngül ab-havadan həzz alaraq sənayenin çətinliklərini müzakirə etdilər, ən son xəbərləri paylaşdılar və gözəl vaxt keçirdilər. Tədbirin bütün iştirakçıları şəxsi peşəkar təcrübələrindən danışaraq, bu sahədə karyera qurmaqda maraqlı olan yeni nəsil üçün əsas mesajın “Qorxma” və “Özünə inanın” devizləri olması ilə razılaşdılar. Beləliklə, tədbir yeni müzakirələr üçün platforma və “Ladies in Hospitality” (Qonaqpərvərlik sahəsində qadınlar) uğur hekayələrinin birbaşa nümunəsi rolunu oynadı.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri