27 
Mar
2022
14:11
922
54
6740
Virtual karabakh

“Megastore” növbəti filialını açır: 200-dən çox vətəndaş işlə təmin olunacaq - FOTO

27 Mar, 2022
14:11
6740

“Megastore” növbəti filialını açır: 200-dən çox vətəndaş işlə təmin olunacaq - FOTO

“Megastore” böyüməyə davam edir!

“Grandmart” və “Bolmart” supermarketləri ilə yanaşı “Megastore” markası da inamla inkişaf etməkdədir.

Uğurla fəaliyyət göstərən üç filialın ardından növbəti Megastore filialı ölkəmizin gözəl guşələrindən olan Quba rayonunda fəaliyyətə başlayır.

6 min kvadrat metrlik ərazidə yerləşən Megastore supermarketi, minimum 60 min çeşiddə  məhsulun satışını həyata keçirərək bölgənin ən böyük supermarketi ünvanına sahib olacaqdır.

Yeni açılacaq supermarketdə 200-dən çox vətəndaşın işlə təmin olunması planlaşdırılır ki, bununla da şirkət, regionlarda məşğulluğun təmin olunması üzrə dövlət proqramına önəmli dərəcədə dəstək vermiş olacaqdır.

Qeyd edək ki, “Megastore Quba” filialı “Grandmart”, “Bolmart”, “Megastore” və “Baqqal” markalarını özündə birləşdirən supermarketlər şəbəkəsinin 78-ci filialı olaraq xidmətə başlayacaqdır.

Hal-hazırda supermarketdə açılışa hazırlıq işləri davam edir və tezliklə xidmətə başlayacaqdır.

Xalqımıza və ölkə iqtisadiyyatımıza uğurlu olması diləyi ilə yeni mağazanız xeyirli və bərəkətli olsun!

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri