Apr
2022
12:14
198
36
3446
Virtual karabakh

Qara qutuda göndərilən dəvət məktubu: 150 seçilmiş şəxs bir arada - FOTO/VİDEO

6 Apr, 2022
12:14
3446

Qara qutuda göndərilən dəvət məktubu: 150 seçilmiş şəxs bir arada - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəl, 2 Aprel, 2022-dən – Daha doğrusu, Dəyişən Reallıqdan danışaq.

Azərbaycanın dizayn sahəsinin həm tarixinə yazılan, həm də bu günün reallığını dəyişən 1-ci Dizayn Konqresi: Dəyişən Reallıq tədbirində nə baş verdi?

4 gün əvvəl 150 nəfər seçilmiş şəxs “Baku Mariott Hotel Boulevard”da vahid məqsəd üçün bir araya gəldi.

– Onlar kimlər idi?

Hər şey martın ortalarında – biznes və dizayn sferasının aparıcı 150 nümayəndəsinə, heç birinin xəbəri olmadan xüsusi qara qutuların göndərilməsi ilə başladı. Qutuların daxilində hər bir dəvətliyə özəl yazılmış məktublar var idi. 150 nəfər sırasında ölkənin ən iri şirkətlərinin direktor və təsisçiləri, həmçinin lokal dizayn sferasının ən öndə gedən art direktorları və dizaynerləri var idi. Aparıcı biznes və kreativ sahənin nümayəndələrini bir araya gətirən təşəbbüsçü isə - Azərbaycanın dizayn təhsili üzrə tam ixtisaslaşmış əsas təhsil müəssisəsi Bakı Dizayn Akademiyası idi.

– Yeni reallığın əsasını kimlər qoydu?

Uzun zamandır planlaşdırılan ilk dizayn konqresini Bakı Dizayn Akademiyası, dəyişən reallığın Platin Sponsoru: “Birbank”, əsas tərəfdaşlar: “Beylimedia”, “Crea Time”, “Mikpro” şirkətləri və ən əsası – dəyişən reallığın seçilmiş 150 iştirakçısı ilə birgə reallaşdırdı.

– Məqsəd nə idi?

Akademiyanın uzun zamandır planladığı tədbir ölkəni bu günün dizayn sahəsinin sərt reallığı ilə üz-üzə gətirdi. Ən əsası: Dizayn əmək bazarında və təhsil sistemində mövcud problemlərin artıq sınaqdan keçirdiyi həll yollarını təqdim etdi. Sponsorlar, tərəfdaşlar və 150 seçilmiş şəxslər isə tədbirin reallaşmağında əsas rolu oynadı. İlk dəfə idi ki, dəvətli rolunda olan şəxslər bir tədbirin təşkilatında bu qədər yaxından iştirak edirdilər. Onların dizayn konqresinə göstərdiyi dəstək 150 şəxsin hər birinin həqiqətən doğru seçim olduğunu bir daha isbat etdi.

Reallıq hər zaman dəyişir. Bu, heç vaxt dəyişməyən yeganə şeydir. 

Bu dəfə dizayn sferasının reallığı bizim də dəyişməmizi tələb etdi. 2 aprel, 2022-ci ildə 1-ci dizayn konqresi ilə ilk addım atıldı… Növbəti addıma hazırsan?

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri