11 
Apr
2022
10:30
100
8
2529
Virtual karabakh

Akabe İnşaat Şirkəti - “Akabe Stone” Mərmər mağazasını istifadəyə verdi + FOTO/VİDEO

11 Apr, 2022
10:30
2529

Akabe İnşaat Şirkəti - “Akabe Stone” Mərmər mağazasını istifadəyə verdi + FOTO/VİDEO

Akabe İnşaat Şirkəti özünün yeni “AKABE STONE” Mərmər mağazasının təntənəli açılış mərasimini həyata keçirib.

“Akabe Stone” Mərmər mağazasının açılış mərasimi – “Akabe İnşaat” Şirkətinin Nərimanov rayonu, Azadlıq pr.19/79 ünvanda yerləşən Akabe Azadlıq filialında baş tutub.

Akabe Azadlıq mağazasının mərmər bölümündə Türkiyənin bir çox mərmər ocaqlarının beynəlxalq satışını həyata keçirən GMY Stone firmasına məxsus, keyfiyyəti və fərqli dizaynı ilə seçilən mərmərlər sərgiləyib.

Açılış mərasimində ölkənin ən tanınmış memar və interyer dizaynerləri də iştirak ediblər. Mağazada sərgilənən mərmərlərin qeyri-adi dizaynı və keyfiyyəti qonaqların marağına səbəb olub, gələcək əməkdaşlıq üçün növbəti görüşlərin keçirilməsinə dair iş planlaması aparılıb. 

Tədbir iştirakçılarına xoş atmosfer yaratmaq məqsədi ilə təntənəli furşet və canlı musiqi təşkil olunub və sonda qonaqlara mərmərlərin üzərində həkk edilmiş, ad və soyadlarından ibarət suvenirlər də hədiyyə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri