27 
Apr
2022
14:30
48
12
680
Virtual karabakh

“Xalq Bank” irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib

27 Apr, 2022
14:30
680

“Xalq Bank” irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

4 aprel tarixində “Xalq Bank” ASC Türkiyə Respublikasının “Ziraat Bank”ının istehsalda ekoloji, sosial və idarəetmə meyarlarına (ESG) uyğun olaraq, eyni zamanda gender bərabərliyinin dəstəklənməsi üçün istifadə olunacaq 1,24 milyard dollar məbləğində sindikat kreditləşməsi layihəsində iştirak edib.

Layihədə 21 ölkədən 45 bank yer alıb. “Xalq Bank”ın bu layihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi və Türkiyə Respublikası bankları ilə əməkdaşlığın davamlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Sindikat kreditləşməsi bir borcalana vəsait ayrılması üçün kreditorlar qrupu tərəfindən təklif olunan maliyyələşdirmə alətidir.

Xatırladaq ki, Türkiyə Respublikasının dövlət bankı olan “Ziraat Bank” 1863-cü ildən fəaliyyət göstərir. Bankın dünya üzrə 111 nümayəndəliyi mövcuddur.

2004-cü ildə əsası qoyulmuş “Xalq Bank” əsas maliyyə və bazar göstərici-lərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri