29 
Apr
2022
16:51
27
48
1432
Virtual karabakh

“Lloyd” - Hər addımda rahatlıq - FOTO

29 Apr, 2022
16:51
1432

“Lloyd” - Hər addımda rahatlıq - FOTO

Günümüzün necə keçəcəyi, axşama hansı əhvalda çıxacağımız, gördüyümüz işin nəticəsi çox vaxt xırda, gözə görünməyən şeylərdən asılıdır və onlardan biri – rahat ayaqqabıdır! Halbuki, ayaqqabı mövzusuna gəldikdə, rahatlıq və dəblilik çox vaxt bir-birinə zidd anlayışlara çevrilir və bu iki xüsusiyyəti bir arada tapmaq kvest oyununa bənzəyir. 

Yaxşı ki, “Lloyd” alman brendi var və bəxtimiz həm də onda gətirib ki, brend Azərbaycanda da təmsil olunub.

1888-ci ildən – yəni, 130 ildən artıq müddətdir ki, “Lloyd” mükəmməl kişi ayaqqabıları yaradır və bu sənətdə artıq əlçatmaz keyfiyyət zirvəsinə yüksəlib. Bu gün brend artıq 40-dan artıq ölkədə satılır və layiqincə dünyada aparıcı markalardan biri sayılır. “Lloyd” brendinin istehsal etdiyi modellərin sırası çox genişdir. Burada həm gündəlik həyat, həm ziyafət və ya istirahət üçün ayaqqabılar var. Klassik modellər, loferlər, oksfordlar, botlar, snikerslər, səndəllər və hətta qeyri-adi dizayner modelləri belə mövcuddur.

Brendin yüksək keyfiyyətinə zəmanət - nəsillər boyu atadan oğula ötürülən  sənət sirləridir. Modellər təbii dana dərisindən hazırlanır, pambıq və ya yundan, hava dövranını təmin edən astarlarla təmin olunur və nəticədə, biz bənzərsiz və rahat ayaqqabılar əldə edirik.

Mükəmməl və qüsursuz keyfiyyətinə görə, həmçinin istehsalatda həm əl işi həm yüksək texnologiyaların istifadəsi sayəsində, brend “Shoe Oscar” mükafatına layiq görülüb. Bu da ayaqqabı sənayesində ən yüksək mükafatdır. Hər səhər rahatlıq və yüngüllük hissi bəxş edən “Lloyd” ayaqqabısını geyinərkən, hər kəs brendə ürəkdən daha bir “Oscar” təqdim edir.
Brendin yay kolleksiyası ilə Neftçilər pr, 151, “Port Baku Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində tanış ola bilərsiniz.

Tel.: +99 450 2451511

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri