16 
May
2022
09:51
101
116
5512
Virtual karabakh

İlk solo konsertində anşlaq yaşandı - FOTO/VİDEO

16 May, 2022
09:51
5512

İlk solo konsertində anşlaq yaşandı - FOTO/VİDEO

Mayın 12-də respublika və beynəlxalq müsabiqələr laureatı, vokal ifaçısı Turan Səfərlinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ilk solo konserti baş tutub.

Saleh Bağırovun aparıcısı olduğu konsertdə anşlaq yaşanıb.

Dirijorluğunu Xalq artisti Fəxrəddin Kərimovun etdiyi musiqi axşamında T. Səfərli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini yüksək məharətlə ifa edib.

T. Səfərlinin “Çırpınırdı Qara dəniz” mahnısının sözlərini dəyişərək “Azərbaycan bayrağını Qarabağda asmışıq”, - deyə oxuması tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb. Onlar vokal ifaçısını ayaq üstə alqışlayıb.

Gecədə qonaq olan tarzən, Əməkdar artist Şəhriyar İmanov dünyaca məşhur “Pulse” əsərini ifa edib.

Tamaşaçılar arasında Müdafiə Nazirliyinin zabitləri, Vətən müharibəsi qaziləri, bir sıra səfirlik əməkdaşları, aparıcı Hacı Nuran Hüseynov və digərləri iştirak edib.

Konsertdə eyni zamanda Mərakeş Krallığının Bakıdakı səfirliyindən Tuger Fovzi öz xanımı ilə, Əlcəzair Xalq Demokratik respublikasınınn səfirinin xanımı Latifa Osmane və oğlu, Bakı Fransız Liseyinin Direktoru Filip Cirot, liseydə çalışan fransız müəllimlər və digər səfirliklərin ailə üzvləri də iştirak edib.

Qeyd edək ki, hər zaman peşəkarlarla çalışan T. Səfərli bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, onun stili üzərində Elnur Həsənov çalışıb, səhnə libasını isə “BBAZE” geyim brendinin sahibi Brilliant Bəhmənova hazırlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri