16 
May
2022
12:21
49
6
619
Virtual karabakh

Dünya kuboku yarışlarında ölkəmizi təmsil edəcək komanda bu adlardan seçiləcək - FOTO

16 May, 2022
12:21
619

Dünya kuboku yarışlarında ölkəmizi təmsil edəcək komanda bu adlardan seçiləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həm güllə, həm də stend atıcılığı üzrə Respublika çempionatı bizə atıcılıq idmanında yeni nəslin yetişməsi barədə yüksək ümidlər verdi”.

Bunu Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, müstəqil ölkəmizə ilk olimpiya qızılı qazandırmış Zemfira Meftahəddinova ölkə kuboku yarışlarının nəticələrini şərh edərkən bildirib. 

Mayın 12-dən başlayan 4 günlük yarışlarda müxtəlif bölgələrimizdən olan gənclər stend atıcılığı üzrə ölkə kubokunu qazanmaq uğrunda mübarizə aparıblar. 

Ölkənin müxtəlif rayonlarını təmsil edən gənclər stend atıcılığının səngər və dairəvi növlərində kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında yarışıb. Yarışda 15 idmançı müxtəlif kateqoriyalarda fərqlənərək, diplom və təltiflərlə mükafatlandırılıb. 

Növün adı

I yer

II yer

III yer

Fərdi

Səngər stendi (kişilər)

Quliyev Əlimirzə

Hüseynli Əli

Ağazadə Mirmömin

Səngər stendi (qadınlar)

Camalova Aydan

Rəfixanova Alina

Eyvazova Ülviyyə

Dairəvi stend (kişilər)

Ağazadə Niyaz

Qurbanov Fuad

Həsənov Cavid

Dairəvi stend (qadınlar)

Cəfərova Nurlana

Meftahəddinova Riqina

Nəcəfova Sevda

Qarışıq komanda

Səngər stendi

Quliyev Əlimirzə, Əmrahova Şəfəq

Ağazadə Mirmömin, Babayeva Aydan

Hüseynli Əli, Camalova Aydan

Dairəvi stend

Qurbanov Fuad, Cəfərova Nurlana

Həsənov Cavid, Meftahəddinova Riqina

Mustafayev Əli, Nəcəfova Sevda

“Atıcılıq idman növünün özünəməxsus xüsusiyyətlərindən biri də bu yarışla məşğul olmaq üçün uşaq vaxtlarından başlamağın lazım olmamasıdır. Belə üstünlük bizə imkan verir ki, yeniyetmələrimiz arasında bu istiqamətdə istedad və bacarığı olanları aşkarlayıb, ölkəmizi beynəlxalq yarışlarda təmsil etməyə hazırlayaq” – Zemfira Meftahəddinova belə deyib. 

“Atıcılıq təkcə idman növü deyil, həm də diqqət, səbir və məqsədə gedən yolu doğru hədəfləyən vərdişlər toplusudur. Biz gənclərimizi bu sahəyə cəlb etməklə, onlarda həm də bu xüsusiyyətlərin möhkəmlənməsini arzulayırıq” – bunu Federasiyanın baş katibi Emin Cəfərov bildirib.

Qeyd edək ki, Respublika Kuboku yarışlarının qaliblərindən ibarət komanda ölkəmizi mayın 27-dən iyunun 7-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək Dünya kuboku yarışlarında təmsil edəcək. 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri