17 
May
2022
10:00
56
25
861
Virtual karabakh

“ACIBADEM” ilə “PAŞA Bank” arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO

17 May, 2022
10:00
861

“ACIBADEM” ilə “PAŞA Bank” arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO

“ACIBADEM” Xəstəxanalar Qrupu ilə “PAŞA Bank” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu gün keçirilən tədbirdə hər iki tərəfdən olan nümayəndələr - “ACIBADEM” Xəstəxanalar Qrupunun Beynəlxalq Layihələrin İnkişafı və Əməliyyatlar Direktoru Murat Pekmezoğlu, “PAŞA Bank”ın Fərdi Bankçılıq Departamenti, Qeyri-Kredit Məhsulları şöbəsinin rəhbəri Nailə Ələkbərova və Fərdi Bankçılıq Departamenti, Qeyri-Kredit Məhsulları şöbəsinin məhsul sahibi Vasif Naibov iştirak ediblər.

Tədbirdə hər iki tərəfin nümayəndələri çıxış edərək işgüzar münasibətlərin inkişafından və daha da sıx əməkdaşlıq üçün qarşıda duran vəzifələrdən danışıblar.

Daha sonra “ACIBADEM” Xəstəxanalar Qrupunun PASHA Bank ilə birgə təqdim etdiyi HP kart layihəsi barədə qonaqlara məlumat verilib.

Sözügedən layihə çərçivəsində müştərilər onlara təqdim olunan HP kart vasitəsilə imtiyazlar əldə edir. Ortaq əməkdaşlıq çərçivəsində “Health Point” kartı yeni sifariş olunan Miles&Smiles “Black” və “Elite” kartlarının üzərində ödənişsiz olaraq təqdim ediləcək.

“ACIBADEM” Xəstəxanalar Qrupunun Beynəlxalq Layihələrin İnkişafı və Əməliyyatlar Direktoru Murat Pekmezoğlu isə bildirib ki, 25 ölkədə 46 əlaqələndirici ofisləri və 5 ölkədə 22 xəstəxana mövcuddur:

“1991-ci ildə açılan xəstəxana adını məhz Türkiyədə, İstanbulun Acıbadem məhəlləsindən götürüb.

Xəstəxanaların sadəcə 16-sı Türkiyədə fəaliyyət göstərir. Xəstəxanalarımızda bir çox ağır xəstəliklərin uğurlu müalicəsi aparılır. Peşəkar kadrların yetişdirilməsi üçün “ACIBADEM” Universiteti də fəaliyyət göstərir. Xidmətlərimiz arasında 20 dildə tərcümə də mövcuddur ki, bu da il ərzində xəstəxanaya müraciət edən 50 minə yaxın əcnəbi pasiyentlərə yüksək səviyyədə xidməti təmin edir. Mən öz sağlamlığımı Azərbaycan səhiyyəsinə əmanət edə bilərəm. Buradakı səhiyyə sistemini çox bəyənirəm”.

“Belə ki, “HP” kart əsasında orqan transplantasiyası, onkoloji xəstəliklər, süni mayalanma və bir çox digər xəstəliklərə müvafiq olaraq ən azı 10 faizdən 20 faizə qədər endirimlər mövcuddur.

Endirimlərdən kart sahibi və onun birinci dərəcəli qohumları - ana, ata, həyat yoldaşı və övladları yararlana bilər”- deyə M.Pekmezoğlu qeyd edib.

HP kartın ilkin mərhələsi uğurla davam edərsə bu daha da geniş kütləni əhatə edəcəkdir.

“PAŞA Bank”ın Fərdi Bankçılıq Departamenti, Qeyri-Kredit Məhsulları şöbəsinin rəhbəri Nailə Ələkbərova təqdim edilən yeni “Health Point” (HP) kartı ilə bağlı bildirib ki, “PAŞA Bank”ın yeni mil kartı sahibləri təqdim olunacaq Acıbadem kartları ilə bir çox üstünlüklərdən yararlana biləcəklər: 

“ACIBADEM” Xəstəxanalar Qrupu və “PAŞA Bank”ın ortaq layihəsi olan “HealthPoint” kartı vasitəsilə müştərilərimiz Bakı ofisində pulsuz ikinci tibbi görüş, Türkiyədə hava limanı-hotel-xəstəxana arası xüsusi transport, “ACIBADEM” Xəstəxanalarında “PAŞA Bank” müştərilərinə özəl endirim kimi imtiyazlar əldə edəcəklər”.

“PAŞA Bank”ın Fərdi Bankçılıq Departamenti, Qeyri-Kredit Məhsulları şöbəsinin məhsul sahibi Vasif Naibovun sözlərinə görə isə, bu layihə ilkin mərhələdə yeni Miles&Smiles “Black” və “Elite” kartı sifariş edən müştərilərə şamil ediləcək.

“Müştərilər müraciət edən zaman biz onlara bu kartı təklif edəcəyik. Onların razılığı əsasında kart ödənişsiz şəkildə müştərilərə çatdırılacaq. “ACIBADEM” Xəstəxanalarında endirimlərdən yararlanmaq üçün təklif edilən karta görə heç bir əlavə ödəniş tələb edilmir”.

Tədbirin sonunda tərəflər arasında müqavilə imzalanıb, xatirə şəkilləri çəkilib.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri