20 
May
2022
16:12
62
30
1021
Virtual karabakh

“Toyota 10” zəmanət paketi

20 May, 2022
16:12
1021

“Toyota 10” zəmanət paketi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobillərinin yüksək keyfiyyəti və etibarlılığı bir çox illər ərzində “Toyota”nın uğur açarı olub.

İş proseslərinin hər səviyyəsində davamlı təkmilləşdirmə fəlsəfəsi onun böyük nailiyyətlər əldə etməsinə və istehlakçılarının qəlbində layiqli yer tutmasına imkan yaradıb.

Uzun illər boyunca, “Toyota” təkcə yüksək keyfiyyətli və innovativ nəqliyyat vasitələrinin inkişafına deyil, həm də dünya miqyaslı xidmət sektorunda məhsulların inkişafına diqqət yetirərək öz istehlakçılarını heyrətləndirməyə davam edib.

Bu dəfə isə “Toyota”, Azərbaycandakı istehlakçılarına tamamilə yeni məhsul təklif edir: Həm yeni, həm də işlənmiş avtomobilləri 10 ilədək zəmanətlə təmin edən “Toyota 10”.

10 İL/160 000 km yürüşə qədər “Toyota 10” zəmanəti

Hər bir yeni “Toyota” avtomobili “Toyota” 10 proqramı çərçivəsində 10 illik zəmanət ilə əhatə olunur. Bu proqram, “Toyota” mərkəzlərində müntəzəm texniki xidmət göstərildiyi təqdirdə ilkin 3 illik istehsalçı zəmanətini uzatmaq imkanı verir.

12 aylıq zəmanət rəsmi “Toyota” Mərkəzində hər növbəti texniki xidmətdən sonra avtomatik olaraq aktivləşir. Bu mexanizm 160 000 km yürüş və 10 il istismar (hər hansı tez baş verərsə) tamam olana qədər davam edəcəkdir.

Müştərilərin rahatlığı “Toyota”nın ən mühüm məqsədlərindən biridir.

Sadiq münasibətin mükafatlandırılması

“Toyota 10”, müştərilərimizin rəsmi “Toyota” dilerlərinə olan sadiqliyinə bir növ minnətdarlıqdır.

Bu zəmanətdən yararlanmaq üçün edilməli olan yeganə şey, orijinal istehsalçı zəmanətinin müddəti bitdikdən sonra avtomobilinizi servisə gətirməkdir. Bu halda, “Toyota 10” zəmanəti, səlahiyyətli “Toyota” dilerlərində hər müntəzəm texniki xidmətdə bir il müddətinə yenilənəcək və 10 il/160 000 kilometr tamamlanana qədər etibarlı olacaq.

Avtomobilinizi inamla idarə edin

“Toyota 10” paketinin aktivləşməsi və zəmanətinin uzadılması üçün avtomobil aşağıdakı meyarlara cavab verməlidir:

İstehsalçı zəmanət müddəti bitməlidir (“Toyota”nızın yaşı 2 ildən və ya yürüşü 90 000 kilometrdən çox olmalıdır).

Avtomobilə rəsmi “Toyota” dilerləri tərəfindən texniki xidmət göstərilməlidir.

Avtomobilin yaşı 10 ildən və yürüşü 160 000 km-dən çox olmamalıdır.

* Avtomobil Qafqaz regionunda (Azərbaycan, Gürcüstan) rəsmi dilerdən alınmalıdır.

Zəmanətin müddəti

“Toyota 10” paketinin bir hissəsi kimi, zəmanət texniki xidmət başa çatdıqdan sonra aktivləşdiriləcək və 1 il və ya 10 000 km yürüşdən sonra başa çatacaq (hər hansı tez baş verərsə).

Əlavə məlumat üçün rəsmi “Toyota” dilerləri ilə əlaqə saxlayın:

“Toyota” Bakı Mərkəzi

• Fəzail Bayramov küç., 26, Bakı, Azərbaycan

• Telefon: (+994) 12 496 70 10 / (+994) 12 496 70 11

• Fax: (+994) 12 496 70 12

• E-mail: [email protected]

• Website: www.toyotabaku.az

“Toyota” Abşeron Mərkəzi

• Bakı-Sumqayıt şossesi 6-cı km, Bakı, Azərbaycan

• Telefon: +994 12 349 00 60 / *0110

• E-mail: [email protected]

• Website: www.toyota-absheron.az

“Toyota” Gəncə Mərkəzi

• *Gəncə-Şəmkir şosesi 1-ci km, Gəncə, Azərbaycan

• Telefon: (+994) 22 259 25 25

• E-mail: [email protected]

Website: www.toyotaganja.az

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri