23 
May
2022
11:00
10
62
849
Virtual karabakh

“Maredo konfetləri qazandırır” lotereyası 5-ci tirajını yekunlaşdırdı - FOTO

23 May, 2022
11:00
849

“Maredo konfetləri qazandırır” lotereyası 5-ci tirajını yekunlaşdırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“OBA” marketlər şəbəkəsi tərəfindən keçirilən “Maredo konfetləri qazandırır” lotereyasının  beşinci tirajı baş tutub.

“OBA Market” mobil tətbiqi üzərindən həyata keçirilən stimullaşdırıcı elektron lotereyanın beşinci tirajının qalibləri mayın 20-də məlum olub.

“OBA” marketlər şəbəkəsinin sosial media hesablarında keçirilən canlı yayım zamanı təsadüfi seçimlə qaliblər müəyyənləşdirilib. Bu həftəki tirajda məşhur influenser Nəcibə Əhmədi qaliblərin seçimində iştirak edib. Təsadüfi seçimlə 7 nəfər 100 AZN-lik “OBA” hədiyyə kartı, 2 nəfər elektrikli soba, 2 nəfər ətçəkən maşın, 2 nəfər smartfon telefon, 1 nəfər televizor və 1 nəfər paltaryuyan qazanıb.

Qeyd edək ki, bir-birindən dəyərli hədiyyələr qazandıran lotereya 15 apreldən 9 iyuna qədər davam edəcək. Tirajlı stimullaşdırıcı elektron lotereyada “OBA” müştəriləri hər 5 AZN-lik “Maredo” konfetləri alış-verişində “OBA Market” mobil tətbiqini kassirə təqdim etməklə 1 şans qazanırlar. Onu da bildirək ki, lotereyanın artıq 3 tirajı qalıb. Növbəti tiraj tarixləri: 27 may, 3 iyun, 10 iyun.

Sonuncu tirajda lotereya iştirakçıları “Kia-Rio” avtomobili və digər qiymətli hədiyyələr qazanma şansına sahib olacaq.

1-7-ci tirajlarda 1 lotereya nömrəsi yalnız 1 tirajda qalib ola bilər. 8-ci, yəni sonuncu tirajda isə bütün öncəki qaliblər də iştirak hüququ qazanacaqlar.
Lotereyanın iştirak qaydalarına əsasən, 18 yaşına çatmış şəxslər “OBA market” mobil tətbiqini yükləyərək iştirakını təsdiqləyib şəxsi məlumatlarını tam və doğru doldurmalıdır. Hər bir lotereya nömrəsi 1 dəfə qalib ola bilər. Şans sayının çox olması lotereya nömrəsinin qazanma ehtimalını artırır.

Ətraflı məlumat: oba.az saytında və “OBA Market” mobil tətbiqində elan olunacaq. Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1000-dən çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri