23 
May
2022
16:42
170
9
934
Virtual karabakh

“Expressbank” şəhid ailəsinə dəstək oldu! - FOTO

23 May, 2022
16:42
934

“Expressbank” şəhid ailəsinə dəstək oldu! - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Expressbank” Özünüməşğulluq Proqramı çərçivəsində vətəndaşların özünüməşğulluqlarının təşviqi üçün onların aidiyyəti üzrə avadanlıqlarla təmin edilməsi prosesini davam etdirir. Layihə ərzində əhalinin həssas qrupundan olan bir çox vətəndaşın özünüməşğulluğunun təşkili üçün onlara avadanlıqları təqdim edən bank, bu dəfə isə şəhid valideyninə dəstək olub.

“Expressbank” Özünüməşğulluq Proqramını çərçivəsində Mingəçevir şəhər sakini, şəhid valideyni olan vətəndaş Ağakişiyev Elxan Vəkil oğlunun müraciətinə əsasən musiqi dərslərinin tədris edilməsi üçün vətəndaşa musiqi alətini təqdim edib.

İndiyədək layihə çərçivəsində 41 vətəndaşa dəstək olan “Expressbank”, layihə çərçivəsində digər vətəndaşlara da dəstəyini davam etdirəcəkdir.

Qeyd etmək istərdik ki, Özünüməşğulluq layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasındakı Memorandum əsasında davam edir. 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri