25 
May
2022
10:00
139
12
2327
Virtual karabakh

“ACIBADEM”in Gəncədə Rəsmi Nümayəndəlik ofisinin açılışı olub - FOTO

25 May, 2022
10:00
2327

“ACIBADEM”in Gəncədə Rəsmi Nümayəndəlik ofisinin açılışı olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ACIBADEM” Sağlamlıq Qrupunun Gəncədə Rəsmi Nümayəndəlik ofisinin açılışı olub.

“ACIBADEM” xəstəxanalarında şəfa tapmaq istəyənlər ikinci tibbi görüşün ödənişsiz aparıldığı Gəncə şəhəri, Məmməd Xələfov küçəsi, ev 15, mənzil 26 ünvanına müraciət edə bilərlər.

Gəncəki Rəsmi Nümayəndəlik ofisi Azərbaycanda ikinci, dünyada isə 46-cıdır. Burada pasiyentlərə müayinə və müalicə ilə əlaqədar ikinci tibbi görüş xidmətləri göstəriləcək. Müraciət edən xəstənin tibbi sənədləri tərcümə edilərək “ACIBADEM”in uzman həkimlərinə çatdırılır və 3 iş günü ərzində rəy verilir. Ofis həm də müalicəyə qərar verən xəstələrin yola salınması, oteldə yerləşdirilməsi və s. xidmətləri göstərəcək.

“ACIBADEM” Sağlamlıq Qrupunun Gəncə ofisinin rəsmi nümayəndəsi Ramil Ələsgərov bildirib ki, ofisə müraciət edən hər bir şəxsə ilkin müayinə və müalicə ilə bağlı bütün məlumatlar ödənişsiz olunacaq. Eyni zamanda Gəncə ofisi vasitəsi ilə gedən pasiyentlər Türkiyədə fəaliyyət göstərən “ACIBADEM Health Point” mərkəzləri tərəfindən qarşılanacaq və onlara ödənişsiz olaraq transfer xidmətləri göstəriləcək. 

Beynəlxalq Biznesin İnkişafı şöbəsinin mütəxəssisi Vüsalə Nürçelinin sözlərinə görə, bütün pasiyentlərə istər Hava Limanında qarşılanma olsun, istərsə də xəstəxana daxilində yaşana biləcək problemlərin həllində kömək olunacaq.

“ACIBADEM” Sağlamlıq Qrupunun Beynəlxalq Biznesin İnkişafı şöbəsinin direktoru İlyas Benveniste isə qeyd edib ki, xəstəxanalar tibbin hər sahəsində xidmət etməkdədir. Xüsusən də onkoloji, orqan nəqli, beyin cərrahiyəsi, ürək-damar cərrahiyyəsi, pediatrik sahələrdə xidmət göstərir. Tibbin bütün texnoloji cihazları, ələlxüsus da onkoloji xəstəliklərin diaqnozu və müalicəsində son texnologiyaları təqdim edir. 

31 ildir fəaliyyət göstərən “ACIBADEM” Sağlamlıq Qrupunun hazırda 46 əlaqələndirmə ofisi və 5 ölkədə 22 xəstəxanası, 18 tibb mərkəzi fəaliyyət göstərir. 1991-ci ildə açılan xəstəxana adını İstanbulda yerləşən Acıbadem məhəlləsindən götürüb. Xəstəxanaların sadəcə 16-sı Türkiyədə fəaliyyət göstərir, xərçəng və digər xəstəliklərin müalicəsi aparılır. Peşəkar kadrların yetişdirilməsi üçün “ACIBADEM” Universiteti də fəaliyyət göstərir. Onu da qeyd edək ki, xidmətlərimiz arasında 20 dildə tərcümə də mövcuddur ki, bu da il ərzində xəstəxanaya müraciət edən 50 minə yaxın əcnəbi pasientlərə yüksək səviyyədə xidməti təmin edir.

Qeyd edək ki, “ACIBADEM” Sağlamlıq Qrupunun Gəncə nümayəndəliyinin xəstələrin məsləhət alması və müalicəsi üçün Türkiyəyə getməsində kömək edəcəyi ofisi Məmməd Xələfov küç, ev 15, mənzil 26 ünvanında yerləşir.

Tel.: +994 22 255 07 06, +994 50 754 69 64

Eləcədə, veb saytdan və ya rəsmi nümayəndəlikdən bir ərizə göndərərək “ACIBADEM”in aparıcı həkimlərindən müstəqil bir konsultasiya ala bilərsiniz: http://www.acibadem.com.az/

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri