26 
May
2022
17:09
195
13
2980
Virtual karabakh

“İmprotex İndustries” “TEKNOFEST”də öz yerli istehsalı olan minatəmizləmə texnikasını təqdim edir - FOTO

26 May, 2022
17:09
2980

“İmprotex İndustries” “TEKNOFEST”də öz yerli istehsalı olan minatəmizləmə texnikasını təqdim edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TEKNOFEST Azərbaycan” sərgisində “İmprotex İndustries” zavodu öz yerli istehsalı olan “Revival P1” minatəmizləmə texnikasını təqdim edir.

Müasir və yüksək texniki avadanlıqlar ilə təchiz olunmuş “İmprotex İndustries” MMC-nin Qafqaz Regionunda qabaqcıl metal konstruksiya zavodu ümumilikdə 1200 ədəd idxalı əvəz edə bilən müxtəlif təyinatlı üst qurğu və kənd təsərrüfatı qoşquları, həmçinin mürəkkəbliyindən asılı olaraq 10 000 – 20 000 ton metal konstruksiya istehsal etmək gücünə malikdir və 2013-cü ildən fəaliyyətə başlayıb. “IMPROTEX INDUSTRUIES” MMC şirkətinin istehsalat imkanları daxilində nəzərdə tutulan üst qurğularının istehsalı və servis işlərinin görülməsi üçün zəruri bütün avadanlıqlar mövcuddur. Zavod yüksək texnika ilə təchiz olunmuş və ən son ISO keyfiyyət, idarəetmə və SƏTƏM standartlarına uyğun fəaliyyət göstərir.

Türkiyə və Azərbaycan Respublikalarının birlikdə təşkil etdiyi “TEKNOFEST” sərgisində “İmprotex İndustries” zavodu öz yerli istehsalı olan aşağıdakı texnikaları sərgiləyir:

Revival P1 Piyada Əleyhinə Minatəmizləyən Texnika,

Revival S1 Mina Aşkarlama Robotu,

İMFF 20.50 Yanğınsöndürən Maşın MAN TGL 7.160 4x2 BB,

Yanğınsöndürən Monitor İMFF 4000,

və Yanğınsöndürmə  Robotu İMFR S40.

Bir ildən çoxdur ki, “İmprotex İndustries” MMC-nin Üst Qurğuları və metal konstruksiyaları zavodunda piyada əleyhinə minaların təmizlənməsi üçün müasir qurğulara malik özüyeriyən tırtıllı qurğunun istehsalına başlanılıb. İstehsal etdiyimiz piyada əleyhinə minaların təmizlənməsi üçün olan REVİVAL P1 tipli özüyeriyən qurğular, həmçinin fərqli təyinatlı partlayıcı sursatlarında zərərsizləşdirilməsi sahəsində effektiv rol oynadığı sübuta yetirilib. ANAMA mütəxəssisləri ilə birgə müzakirə edilərək xarici təcrübələri də nəzərə alaraq rəqiblərindən daha da üstün qurğunun istehsalına nail olunub. Qurğunun iş imkanları funksiyaları digər istehsalçılardan nəinki geri qalır hətta bir çox parametrlərdə daha da üstünlüyə malikdir. Qurğunun gövdəsinin, ön Flayerin, elektrik, elektronika və bütün mexaniki hisslərin istehsalı 100% zavodumuzda icra edilib.

Qurğunu eyni zamanda uzaqdan idarə edilməsi mümkünlüyü səbəbindən istehkamçının işlərini xeyli yüngülləşdirir. Bu da insan həyatını riskə atacaq tapşırıqların qurğu vasitəsi ilə icrasını imkan verir. Qurğu eyni zamanda minaların aşkarlanması, özünü müdafiə sistemləri və həmçinin yaralıların təhlükəli ərazidən uzaqlaşdırılması kimi bir çox funksiyaların icrasında iş imkanları ilə təchiz oluna bilər. Eyni zamanda istehsal etdiyimiz Revival P1 mina təmizləmə qurğusu ilə birgə tətbiq edilərək minalı ərazilərin öncədən aşkarlanaraq davamında məhv edilməsini icra edə bilər.

Qurğu üzərində xüsusi sensorlar vasitəsi ilə aşkarlanan koordinatları mərkəzi sistemə ötürərək ərazinin xəritəsi üzərində təhlükəli nöqtələri avtomatik olaraq qeyd etmə imkanlarına malikdir.

Texnika -20°C ilə 54°C temperatur intervalında işləyir və 0°C ilə 55°C temperatur diapazonunda mina təmizləmə əməliyyatlarını yerinə yetirə bilir.

“Revival P1” üstünlükləri

• Digərlərində 11% daha geniş Flayer. Bu sayədə effektiv iş həcmi artmasına malik olunub.

• Daha böyük radiator. Bu sayədə ardıcıl daha uzun işləmə müddəti təmin olunub.

• Daha böyük yanacaq tutumu. Bu sayədə ərazidən kənarlaşdırmadan daha uzun müddət iş potensialı təmin olunub.

• Servis zamanı hər bir detala daha rahat müdaxilə olunması təmin olunub. Bu səbəblə bir çox hallarda qurğunu servisə gətirmədən yerində müdaxiləsi mümkündür.

• Partlayışa dayanıqlı 80x yaxınlaşdıra bilən 360° PTZ kamera görüntü izləmə imkanı təmin olunub.

• Daha dayanıqlı və yüksək temperatura dözümlü TUF metal materiallarla təchiz olunub:

www.improtex.az

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri